Regionlarda könüllülük proqramına start verilib
Tarix: 20.09.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülük proqramına start verir. İctimai Birlikdən verilən məlumata görə, proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir.
Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində iştirak etmək arzusunda olan və 17 yaşı tamam olan hər bir şəxs könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşula bilər (Qeydiyyat üçün link: https://goo.gl/Q8hysW).
Könüllülük proqramı oktyabrın 1-dən başlayacaq və 3 ay davam edəcək. Proqramda iştirak üçün son qeydiyyat tarixi 24 sentyabr 2017-ci ildir.
Proqram çərçivəsində RİİB-in fəaliyyətinə qoşulan könüllülər üçün müxtəlif təlimlər təşkil olunacaq, onların iştirakı ilə bir sıra sosial layihələr həyata keçiriləcək, eləcə də daxil olan müraciətlərin araşdırılması, icrası, layihə təkliflərinin hazırlanması, analitik təhlillərin aparılması və digər istiqamətlərdə RİİB-in fəaliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, əhalinin ayrı-ayrı sahələrdəki problemlərini öyrənmək və onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlinə nail olmaq, o cümlədən dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək göstərməkdir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info