“Cənub Qaz Dəhlizi“ layihəsi Aİ üçün böyük əhəmiyyət kəsb edir”
Tarix: 20.09.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasim dünya mətbuatının diqqətində olub”.
Bunu 20 sentyabr - Neftçilər günü münasibətilə keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni PSA-in imzalanması üçün tərəfdaşlarla müzakirələr aparıb. R. Abdullayev bildirib ki, ötən il ölkə üzrə hasil olunan 41 mln. ton neftin 7,5 mln. tonu, 29,4 mlrd. kubmetr qazın isə 6,3 mlrd. kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 mln. ton neftin 5 mln. tonu, 18,7 mlrd. kubmetr qazın isə 4 mlrd. kubmetri SOCAR tərəfindən hasil edilib: “Yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır Bu ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülüb və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. “Ümid”, “Günəşli”, “Çilov”, “Neft Daşları”, “Darvin bankası”, “Bulla-dəniz”, “Qərbi Abşeron”, quruda yerləşən “Qaradağ”, “Pirallahı”, “Səadan” yataqlarında qazma işləri uğurla davam etdirilir”.
SOCAR prezidenti qeyd edib ki, bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. "Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 mlrd. kubmetr səviyyəsini ötüb. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınıb. İndiyədək “Şahdəniz” yatağından təxminən 85 mlrd. kubmetr qaz, 21,2 mln. ton kondensat çıxarılıb. Qarşıda bizi ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. “Şahdəniz-2” çərçivəsində hazırkı illik hasilata daha 16 mlrd. kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya-Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur", - deyə o bildirib.
"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, region ölkələri, eləcə də Aİ üçün böyük əhəmiyyət kəsb etdiyini deyən R. Abdullayev qeyd edib ki, Azərbaycan və Gürcüstan əraziləri boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 90%-i artıq yerinə yetirilib: "Hazırda bu kəmərlə "Şahdəniz" qazı Gürcüstan və Türkiyəyə nəql olunur. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və infrastruktur inşa olunur. Gürcüstan ərazisində tikinti işləri artıq tamamlanıb. Layihə başa çatdıqdan sonra kəmərin ümumi ötürücülük gücü ildə 23 mlrd. kubmetrə çatdırılacaq".
SOCAR prezidenti vurğulayıb ki, artıq TANAP layihəsi üzrə inşaat işlərinin 82%-i yerinə yetirilib. STAR neft emalı zavodundan söz açan R. Abdullayev deyib ki, bu zavod fəaliyyətə başladıqdan sonra ölkəyə ilk 5 ildə 600 mln. dollardan çox gəlir gətirəcək. "Növbəti illərdə isə bu rəqəm 800 milyon dolları ötəcək", - deyə o vurğulayıb.
Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons çıxış edərək Azərbaycan neftçilərini peşə bayramı münasibətilə təbrik edib və SOCAR-BP əməkdaşlığı ilə qürur duyduqlarını bildirib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə çıxış edərək Azərbaycanda neft hasilatının tarixindən geniş söz açıb. O, AÇG-ni Allahdan Azərbaycana verilən nemət adlandırıb. O qeyd edib ki, Azərbaycan stabil ölkədir və bu stabilliyə görə, şirkətlər müqaviləni artıra bildi.
Tədbirin sonunda fərqlənən neftçilərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatı neftçilərə R. Abdullayev və Q. Cons təqdim edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Pambığın alış qiyməti artırılıb
20.09.2018
“Hazırda biz Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi“ layihəsini həyata keçiririk”
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info