BSU əməkdaşlığını genişləndirir
Tarix: 20.09.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin (BSU) elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar səfərdədir.

BSU-nun mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, BSU nümayəndələrini Çerniqov Milli Texnologiya Universitetinin rektoru və elmi işlər üzrə prorektor qarşılayıb, proqram barədə qonaqlara ətraflı məlumat verilib.

Azərbaycan nümayəndələri səfərin ikinci günü “Art dvor” sosial layihəsinin təqdimatında iştirak edib və yerli mətbuata müsahibələr veriblər.

BSU nümayəndələri həmçinin Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU nəzdində Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak ediblər. Həmin tədbirdən sonra Bakı Slavyan Universiteti ilə Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalanıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info