BANM-də Neftçilər günü qeyd olunub
Tarix: 20.09.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr - Neftçilər gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı tədbirində BANM-in rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. Bu barədə BANM-dən məlumat verilib.
Tədbirdə prorektor Ramiz Hümbətov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və əməkdaşlarını bayram münasibətilə təbrik edib. R.Hümbətov Neftçilər gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Fərmanı ilə təsis edildiyini diqqətə çatdıraraq deyib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından artıq 23 il keçir.
“Bu müqavilə ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətin layiqli davamçısı kimi neft sənayesinin inkişafında yeni mərhələnin əsasını qoymaqla neft tarixində yeni bir uğura imza atıb”, - deyə prorektor bildirib.
BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyevin Azərbaycan neftinin tarixinə dair məruzəsindən sonra “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info