Yasamalda güzəştli mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib
Tarix: 20.09.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) icrası davam edən ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 9 bina və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib.
Bu barədə AZƏRTAC-a MİDA-nın mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim olunub.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alğı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır.
Eyni zamanda, mövcud qanunvericiliyə görə, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.
Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, həmçinin mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.
Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info