Dəməşqdə “yeraltı müharibə“
Tarix: 20.09.2017 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


«Silahlılar Dəməşqin Ain Terma və Əyar ətrafındakı tunellər şəbəkəsindən istifadə edərək, dağıntı zonaları yaratmaq üçün səylərini gücləndirməyə çalışırlar». Bu fikirləri jurnalistlərə verdiyi açıqlamada Suriya Ordusunun generalı Nabil İsra bildirib. Onun sözlərinə görə, «belə bir addım onları tez-tez böyük risklərlə üzü-üzə qoyur. Ən çox hallar isə onların çöküntülər altında qalmasıdır. Lakin bütün bunlara baxmayaraq, yeraltı müharibənin effektini nəzərə alan silahlılar çökmüş ərazilərə yenidən qayıdaraq öz işlərini davam etdirirlər. Onlar məhz bu mövqelərdən bizim əraziləri atəşə tuturlar. Biz cavab tədbirləri hazırlığı aparmağa başlarkən, onlar artıq yerin təkinə enirlər»-deyə, suriyalı hərbçi bildirib.
Generala görə, belə yeraltı tunellər "Cəbhət-ən-Nusra" üzvlərinə gizli hərəkət etməklə hökumət qoşunları ilə yanaşı, müxalifətə də atəş açmaq şansı verir. Bunun müqabilində isə hökumət də atəşkəs rejimini pozmaq məcburiyyətində qalmış olur: «Bildirilməlidir ki, şəhərdəki yeraltı tunellərin əksəriyyəti silahlı şəxslər tərəfindən primitiv üsulla qazılsa da, bəzi tunellərin tikintisində bu sahə üzrə hazırlanmış xüsusi texnikadan da istifadə edirlər». İsranın ehtimalına görə, şəhərdaxili tunelin ümumi uzunluğu 50 km.-ə çatır ki, buraya da çoxlu silahlı dəstə yerləşdirmək o qədər də çətinlik yaratmır: «Burada silahlılar tərəfindən silah saxlamaq üçün xüsusi anbarlarla yanaşı, məxsusi istirahət otaqları da hazırlanıb. Artıq yerli əhali də müharibədən, terrorist özbaşnalığından yorulub. Bəlkə də elə bunun nəticəsidir ki, yerli əhali özləri aşkar etdikləri yeraltı tunellər barədə hökumət qüvvələrini məlumatlandırmağa çalışırlar. Məhz yerli əhalinin köməyi sayəsində Dəməşqdəki yeraltı tunellərin bir neçəsi aşkar edilərək məhv edilib».
Qeyd edilməlidir ki, silahlılar yeraltı müharibə taktikasından təkcə paytaxt Dəməşqdə deyil, əyalət şəhəri olan Hələbdə, bu yaxınlarda azad edilmiş Akerbatedə də yararlanırmışlar. Onlar, Akerbatedə hətta uzunluğu 800 metrədək olan böyük yeraltı şəhər salmağa müvəffəq olmuşdular. Artıq bu tunellər Rusiyanın Hava Qüvvələri tərəfindən dağıdılıb. Suriya Ordusunun rəhbərləri silahlıların belə bir yeraltı tunel sistemindən Deir- əz Zorda da yararlandıqlarını ehtimal edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info