İtaliya mətbuatı Ferrari-ni kəskin tənqid edib
Tarix: 20.09.2017 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Şənbə günü sıralanma turunda Sebastyan Fettel və Kimi Rəykkönenin uğurlu çıxışından sonra Ferrari komandasının azarkeşləri bazar günü yarışda komandasından bu uğurun davamını gözləyirdilər. Amma reallıqda hər şey Skuderiyanın azarkeşləri üçün ən qorxulu filmin ssenarisindən də betər alınıb – Sebastyan Fettel və Kimi Rəykkönen birinci döngəyədək toqquşaraq hər ikisi mübarizədən kənar qalıblar.
F-1.az bildirir ki, Ferrari-nin ilahiləşdirildiyi bir ölkədə yerli KİV Sebastyan Fettel kəskin tənqid atəşinə tutub. La Gazetta dello Sport yazır ki, “almaniyalı sürücü mövqeyini Maks Ferstappenin hücumundan bu dərəcədə canfəşanlıqla müdafiə etməməli idi – ən pis halda Fettel döngədə ikinci olardı, lap finişə qədər belə olsa idi, 18 xal qazanardı və çempionatda liderliyini qaytarardı…”
Qəzetin jurnalisti kəskin tonda davam edir: “Ferrari hər şeyi özü korladı. Fettel qərara aldı ki, yarış yalnız bir döngədən ibarətdir və qəzaya səbəb oldu. Yekun nəticədə isə indi Həmiltona 28 xal uduzur”. Daha sonra isə jurnalist Sebastyana Azərbaycan Qran Prisində Təhlüksəsizlik Maşınının arxasında Lyuislə yaşadığı “ağılsız” təması da xatırladıb.
Qəzetin bütün səhifəsini tutmuş yazıda jurnalist Skuderiyanın rəhbərliyini də unutmayıb: “Niyə Mauritsio və ya digərləri Kimi ilə startdan əvvəl söhbət etməmişdilər? Niyə onlar finlandiyalı sürücüyə izah etməmişdilər ki, belə yaxşı start almağa çalışmasın, hazırda onun işi titul uğrunda mübarizə aparan Sebastyanın mövqeyini rəqiblərdən qorumaq olmalıdır…”
İtaliyanın digər nüfuzlu qəzeti – Corriere della Sera isə kinayə ilə bildirib ki, “Sebastyan Fettel və Kimi Rəykkönen tələsərək 3 ay öncədən Lyuis Həmiltona Milad bayramına hədiyyə göndəriblər – onun titula yolunu təmizləyiblər. Qəzetin manşeti də start insidentinə həsr olunub: “Yox, Fettel, belə də yox!”
Tutto sport artıq Mercedes-i təbrik edib: “Bu qəza Maranellonun titul ümidlərini basdırdı. Bir neçə saniyə ərzində bütün mövsümün əziyyəti puç oldu…”
La Stampa isə əlavə edib: “İndi Lyuisi dördüncü titula doğru yüngül gəzinti gözləyir…”
Sinqapur Qran Prisinin yekunlarını Ferrari-nin prezidenti Sercio Markionne hələlik şərh etməyib. İki həftə əvvəl Montsada ev yarışında Mercedes-ə məğlubiyyətdən sonra Markionne bildirmişdi ki, “bu, düzgün Ferrari deyildi və biz Sinqapurda geri dönəcəyik…” Bazar ertsəi Maranelloda baş tutan toplantıda Markionnenin komanda rəhbərliyinə qarşı hansı sözləri işlətdiyindən xəbərsizik, amma əminik ki, bu toplantıda Sinqapur uğursuzluğunun müzakirəsi mehribanlıq və dostluq atmosferində keçməyib…




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
18.08.2019
“Mançester Siti” - “Tottenhem” oyununda qalib müəyyənləşməyib
17.08.2019
“Real Madrid” səfərdə “Selta Viqo”nu məğlub edib
17.08.2019
Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub
17.08.2019
Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info