“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir“
Tarix: 20.09.2017 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


"Mən Dağlıq Qarabağ məsələsinin nə dərəcədə həssas olduğunu anlayıram". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O, Aİ-nın bu məsələ ilə birbaşa məşğul olmadığını bildirib, bununla belə, qurumun məsələni çox diqqətlə izlədiyini vurğulayıb.
"Həm yerlərdə, həm də beynəlxalq platformada bu münaqişənin həlli prosesini diqqətdə saxlayırıq. Münaqişənin həlli istiqamətində format fəaliyyət göstərir. Nyu-Yorkda siyasi səviyyədə görüş gözlənilir. Biz bunları izləyirik. Münaqişə və münaqişə ətrafındakı mövzular Azərbaycanla imzalanacaq yeni saziş çərçivəsində, o cümlədən "Şərq Tərəfdaşlığı" sammiti öncəsi müzakirə olunacaq", - deyə o bildirib. Yankauskas qeyd edib ki, gələn həftə ilk dəfə Avropa İttifaqının Bakı Nümayəndəliyi Azərbaycandakı dini konfessiyaların liderlərinin və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək. O qeyd edib ki, 7 dini konfessiya lideri bu səfərdə iştirak edəcək. Səfər sentyabrın 25-28-də baş tutacaq. Səfər çərçivəsində görüşlər Aİ institutlarında və NATO-da keçiriləcək. Yankauskas bildirib ki, Azərbaycan dini tolerantlığı və dərin ənənələri ilə tanınan bir ölkədir: “Bu dəyərlər bizim üçün çox vacibdir. Biz bu sahədə əlaqələri inkişaf etdirmək istəyirik. İnanıram ki, bu səfər bu istiqamətdə müsbət rol oynayacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info