Lavrov və Tillerson Minsk razılaşmalarını müzakirə ediblər
Tarix: 20.09.2017 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla Ukrayna üzrə Minsk sazişlərinin icrasını müzakirə edib. “Ukrayna ilə bağlı məsələ, sözsüz ki, nizamlanmalıdır. Bunun üçün çox konkret yanaşma var – Minsk razılaşmaları”, - deyə Lavrov görüşdən sonra brifinqdə deyib. Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər bu sənədlərə sadiqliyini bir daha təsdiqləyiblər: “Bu razılaşmalar tam şəkildə icra olunmalıdır”. Lavrov və Tillerson həmçinin Rəqqa və Deyr əz-Zorda İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər. Müzakirə olunan növbəti məsələ isə Koreya yarımadasındakı vəziyyət olub. R.Tillerson bu məsələdə Rusiya ilə dialoqun vacibliyini qeyd edib. O bildirib ki, rəsmi Pxenyanın müəyyən etdiyi kurs ölkənin daha da təcrid olunmasına gətirib çıxarır: "Yekun nəticədə bizə Rusiya və region ölkələrinin köməyi lazımdır. Biz Rusiya və Çinlə mütəmadi olaraq dialoq şəraitindəyik. Çünki ancaq bu ölkələr məsələdə əsas rol oynaya və Pxenyanın diqqətinə nüvə proqramının dayandırılmalı və dialoqa başlamalı olduğunu çatdıra bilər". Rusiyanın baş diplomatı isə bu məsələdə maraqlı tərəflərlə dialoqun vacibliyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info