İnternet məkanında terrorizm təbliğatına qarşı necə mübarizə aparmalı?
Tarix: 20.09.2017 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


“İnternet industriyası terror təşkilatlarının təbliğatlarına qarşı sürəli reaksiya verilməsi üçün əlavə tədbirlər həyata keçirməli, həmin materialların tapılması və silinməsinin sürətini artırmalıdırlar”

Tereza Mey “Facebook”, “Twitter” və “Google” kimi şirkətlərə müraciət edib: “Bu, artıq milli maraqların sərhədlərini aşan qlobal problemdir”

Böyük Britaniyanın baş naziri Tereza Mey iri internet şirkətləri ekstremizmin yayılmasna qarşı sərt tədbirlər görməyə çağırıb. Xanım Mey “Facebook”, “Twitter” və “Google” kimi şirkətlərə müraciət edərək internet məkanda ekstremist çağırışlara qarşı tədbirlər görülməsi və belə tip materialların 2 saat ərzində silinməsinin vacib olduğunu qeyd edib. Britaniyanın baş naziri bu çağırışlara əməl olunmayacağı təqdirdə ekstremizm, terrorizm çağırışlarının yayılmasıi lə bağlı internet şirkətlərə qarşı böyük məbləğdə cərimələr kəsiləcəyi ilə hədələyib. “Terror təşkilatları yaxşı bilirlər ki, onların təbliğat materiallarının ilk mənbəyi bir müddət sonra silinir. Ona görə də həmin terror təşkilatları çalışırlar ki, təbliğat materialları sürtəli şəkildə internet məkanda yayılsın. Bununla da onlar öndə olmağa çalışırlar. Ona görə də internet industriyası terror təşkilatlarının təbliğatlarına qarşı sürəli reaksiya verilməsi üçün əlavə tədbirlər həyata keçirməli, həmin materialların tapılması və silinməsinin sürətini artırmalıdırlar. İnternet şirkətlər elə texniki mexanizmlər tapmalıdır ki, ekstremizm və terrorizmin təbliğatı ilə bağlı olan materiallar dərhal tapılsın” - deyə Tereza Mey bildirib. Britaniyanın baş naziri qeyd edib ki, terrorizm və ekstremizmə qarşı mübarizənin miqyası və təbiəti dəyişməlidir: “Biz bu sahədə həm hökumət, həm internet sənayesi olaraq fundamental dəyişikliyə getməliyik ki, terrorçuların inkişaf edən strategiyasına qarşı adekvat cavab verə bilək. Mən digər dövlətləri, Britaniya, Fransa və İtaliyanın bu yanaşmasına qoşulmağa çağırıram. Bu, artıq milli maraqların sərhədlərini aşan qlobal problemdir”. Qeyd edək i, hazırda internet məkandan terrorizm və ekstremizmlə bağlı materialların silinməsinə 36 saat vaxt sərf olunur. Rəsmi London isə hesab edir ki, bu qədər vaxt çoxdur və terrorizmin təbliğatı ilə bağlı material daha tez zamanda internet məkandan silinməlidir. Son yarım ildə 5 dəfə terror aktı ilə üzləşən Britaniya bu məsələdə çox ciddi təbirlərin görülməsinə çalışır. Baş nazir Tereza Mey dəfələrlə bildirib ki, internet məkanda ekstremizm və terrorizmə qarşı mübarizə onun fəaliyyətində əsas yerlərdən birini tutacaq. Xanım Mey bildirib ki, Britaniya hakimiyyəti ekstremizmə qarşı yeni mübarizə vasitələrindən istifadə edəcək. Amma London internet məkanda aparılacaq bu mübarizəni beynəlxalq müqavilə ilə möhkəmləndirmək istəyir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus “Policy Exchange” araşdırma mərkəzinin hazırladığı hesabat üçün bildirib ki, London metrosunda baş verən son terror aktı onlayn-ekstremizm təhlükəsinin nə qədər ciddi olduğunu ortaya qoyur. Belə ki, metroda partlayışda istifadə edilən bütün materialları internet vasitəsilə sifariş verib almaq mümkündür. Petreus bildirib ki, onlayn-ekstremizm “cəmiyyətləri çürüdən şişdir”: “Nə hökumətlər, nədə internet şirkətlər ekstremist xarakterli materialların internet məkanda yayılmasına qarşı lazımi səviyyədə mübarizə aparmırlar. Bizim ekstremizmə qarşı internetdə apardığımız mübarizə onların fəallığına adekvat deyil. Düşünmürəm ki, biz problemin həlli ilə bağlı hansısa “böyük ideya” ilə çıxış etmişik”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info