“Azərbaycan “Şərq Tərəfdaşlığı“ sammitinə hazırlaşır”
Tarix: 21.09.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Azərbaycan "Şərq Tərəfdaşlığı" sammitinə hazırlaşır”.

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini noyabrda Brüsseldə keçiriləcək sammitdə son 2 ildə hansı işlərin görüldüyünün müzakirə ediləcəyini bildirib: “Bizim də deməyə sözümüz olacaq. Çünki bir neçə ildə yaxşı nailiyyətlər əldə etmişik. İlk növbədə çalışacağıq ki, bu sammit çərçivəsində Riqa sammiti təkrar olunmasın. Həmin sammitdə 3 münaqişə ilə bağlı bir, Azərbaycan-Ermənistan münaqişəsinə dair başqa mövqe var idi. Avropa İttifaqının hazırda yeni qlobal strategiyası var, orada aydın göstərilir ki, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir”.
M. Məmmədquliyev qeyd edib ki, sammit çərçivəsində aviasiya sahəsində sazişin imzalanması mümkündür: “Ola bilsin ki, müvafiq qurumumuz olan aviasiya administrasiyası Avropa İttifaqı ilə sazişi bitirə bilsin. Amma vaxt azdır. Bu istiqamətdə oktyabrın sonunda görüş olmalıdır. Ondan sonra biləcəyik ki, bu sənədi sammitdə imzalaya biləcəyik, ya yox”.
Nazir müavini digər məsələlərə də toxunaraq deyib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində danışıqlarda elə bir ciddi irəliləyiş yoxdur.

O bildirib ki, iyulun axırında Cenevrədə keçirilən görüşlərdə çox ciddi müzakirələr aparılıb: "Qarşı tərəf narahatdır ki, Azərbaycan 20 ildir danışıqlar aparır, amma nəticələr yüksək deyil. Biz görüşdə razılaşdıq ki, nə zaman hazır olsaq və ya onların hansısa təkliflərini qəbul etsək, onda yeni bir görüş keçirə bilərik".

Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info