Akif Əlizadə: “Azərbaycanın ticarət tərəfdaşı olan Çinlə əməkdaşlığımız sürətlə inkişaf edir”
Tarix: 21.09.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans işə başlayıb.
Tədbir AMEA-nın İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfərini xatırladıb. Diqqətə çatdırılıb ki, həmin səfərdən sonra ölkələrimiz arasında bütün istiqamətlərdə, eləcə də elm sahəsində əlaqələr sürətlə inkişaf etməyə başlayıb. Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycan-Çin münasibətlərinin inkişafına töhfəsini verir.
Akademik vurğulayıb ki, 1993-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2016-cı ildə bu göstərici 770 milyon ABŞ dolları olub. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycan ilə Çin arasındakı ticarət əlaqələri genişlənməkdə davam edib. Azərbaycanın ticarət tərəfdaşı olan Çin ilə rabitə, nəqliyyat, maşınqayırma və bir sıra sahələr üzrə əməkdaşlığımız sürətlə inkişaf edir.
Azərbaycan ilə Çin arasındakı humanitar əlaqələrə toxunan A.Əlizadə diqqətə çatdırıb ki, ölkələrimizdə vaxtaşırı mədəniyyət günləri təşkil edilir, tələbə mübadiləsi həyata keçirilir. Son zamanlar akademik dairələrimiz arasında da əlaqələr dərinləşməkdədir. Belə ki, alimlərimizin qarşılıqlı səfərləri təşkil olunur, onların fikir mübadiləsi, müzakirələr aparmalarına şərait yaradılır. Münasibətlərimizin yeni səviyyəyə yüksəlməsinə parlaq nümunə olan bu konfrans iqtisadi əməkdaşlığımızın genişlənməsinə, ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərə böyük töhfəsini verəcək.
ÇİEA-nın prezidenti Van Veyquan vurğulayıb ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf mərhələsinə başlanılıb. “Bir kəmər - bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsinə bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Avrasiya materikinin döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir.
Konfransda “Azərbaycan – Çin münasibətləri: müasir baxış və perspektivlər”, “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq”, “Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında”, “13-cü beşillik plan dövründə Çinin əsas iqtisadi və sosial inkişaf trendləri” və digər mövzularda məruzələr dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info