ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbə qəbulu elan edir
Tarix: 21.09.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Əziz tələbələr!
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap və innovasiya mərkəzi olan “eazi START” startap təlimləri üçün tələbə qəbulu elan edir!!!
Universitetdən redaksiyamıza bildirilib ki, təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını lahiyələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməkdir. Təlimlərdə iştirak pulsuzdur.
2015-ci ilin sonlarında yaradılmış “eazi START” 2016-cı ilin yanvarında ilk təlimlərə başlamışdır. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak etmişlər.
“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.
Siz də öz ideyalarınızı reallaşdırmaq, ideyanız olmadığı halda yeni yaranan təşəbbüslərin, layihələrin və komandaların üzvünü çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Növbəti təlimlər oktyabrın 24-də başlayacaq.
Aşağıdakı linkdən istifadə etməklə qeydiyyatdan keçə bilərsiniz:
https://docs.google.com/forms/d/18KwH_mLtSyIU-VxiD1F5SIMmVeco5sD_u5coWS2uyfc/viewform?edit_requested=true
Əlavə məlumat üçün “eazi START” ofisinə (5-ci mərtəbə) və ya r.huseynov@asoiu.edu.az ünvanına müraciət edə bilərsiniz.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info