“Azexport“ portalı “Alibaba“nın uğur hekayəsinə çevrilib
Tarix: 21.09.2017 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Dünyanın ən məşhur elektron satış portalı "Alibaba" "Azexport" portalının fəaliyyətini uğur hekayəsi kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb.
Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib ki, Azərbaycandan ilk olaraq "Azexport" portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib. Qeyd olunub ki, portal məhz "Alibaba" vasitəsilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda "Alibaba.com" saytında "Made in Azerbaijan" brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur. "Alibaba"nın uğur hekayəsi olması "Azexport"un 1 yaşı üçün gözəl hədiyyə oldu.
Z.Talıbovanın sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində "Alibaba.com" portalında "Azexport" tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.
Qeyd edək ki "Azexport" portalı bir il əvvəl Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan mənşəli malların "Made in Azerbaijan" (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan portal etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədilə portal "Alibaba" ilə yanaşı, "All.biz", "TradeKey", "Amazon", "Agroserver" kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. "Azexport" "Alibaba.com" portalının qızıl üzvüdür.
Uğur hekayəsi ilə bağlı məlumatı bu link vasitəsilə əldə etmək olar:
https://news.alibaba.com/article/detail/apac-member-success-story-apac-success-story-seller-success-story-azerbaijan-success-story-manufacture-gold-supplier/101030192-1-alibaba-helps-us-promote-azerbaijani.html
Anar




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10832

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info