“AMEA-nın tərkibindəki Təcrübə-Sənaye Zavodu 50-yə yaxın məhsul istehsal edir”
Tarix: 21.09.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) muzeylərində və Dendralogiya Parkında (Dendralogiya İnstitutunun tərkibində) xidmətlərin qiymətlərininin tənzimlənməsi istiqamətində Rəyasət Heyətinin qəbul etdiyi qərarlar ilk növbədə bu sahədə olan qeyri-müəyyənliyi, pərakəndəliyi aradan qaldırır, vahid qiymət sistemini tətbiq etməyə imkan verir.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, bu, eyni zamanda, uçot-hesabat işinin aparılması baxımından da əhəmiyyətlidir:
“Bu, həmin müəssisələrin göstərdiyi xidmətlərdən gələn gəlirlərin vahid qaydada hesablanması üçün əhəmiyyətlidir. Bu gəlirlər çox deyil, amma onlar həmin müəssisələrin əməkdaşlarının sosial müdafiəsinə, muzeylərin inkişafına sərf edilir”.
AMEA-nın yeni əldə etdiyi digər gəlirlər haqqında da danışan vitse-prezident qeyd edib ki, bu il ilk dəfə olaraq, AMEA-nın nəzdində yay düşərgələri təşkil edilib:
“Mərdəkanda yeni təmir olunan binada yay düşərgəsinin təşkilinə başlanılıb. Bu il ilk dəfə olaraq, AMEA-nın əməkdaşları məktəbyaşlı uşaqlarını yay düşərgəsinə göndərə biliblər. Orada iştirak üçün müəyyənləşdirilmiş ödəniş haqqı həm yay düşərgəsinin təşkilinə yardım etdi, həm də yay düşərgəsi keçirilən bazaya müəyyən maliyyə vəsaitinin ayrılmasına imkan yaratdı”.
İ.Həbibbəylinin sözlərinə görə, artıq AMEA-da müvəqqəti birliklər, təsərrüfatyönümlü kurslar, dərnəklər açılır ki, bunlar Akademiyada sahibkarlıq fəaliyyətinin inkişaf etdiyini göstərir.
O qeyd edib ki, AMEA-da sahibkarlıq fəaliyyətinin təşkili istiqaməti son bir necə il ərzində yüksək sürətlə inkişaf edir. “Elm haqqında” qanunun ayrı-ayrı müddəaları bu imkanın daha da genişlənməsinə şərait yaradır.
İ.Həbibbəyli bildirib ki, AMEA-nın tərkibində olan Təcrübə-Sənaye Zavodu artıq 50-yə yaxın məhsul istehsal edir: “Bu məhsulların əksəriyyəti AMEA-nın ayrı-ayrı elmi-tədqiqat müəssisələrində çalışan alimlərin elmi nəticələri, səmərəli təklifləri əsasında meydana gəlib. Təcrübə-Sənaye Zavodunun məhsulları ölkə bazarında özünə məxsus yer tutub, onlara alıcı marağı çoxdur. Bu məhsulların xarici bazarlara da çıxarılması üçün bir necə müqavilə imzalanıb”.
İ.Həbibbəyli deyib ki, artıq AMEA-nın Yüksək Texnologiyalar Parkı və Təcrübə-Sənaye Zavodu ölkənin müdafiə sənayesi üçün bir çox ciddi sifarişləri yerinə yetirir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 11 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş AMEA-nın nizamnaməsi və "Elm haqqında" qanunun müvafiq maddəsinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info