Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
Tarix: 21.09.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər
SOCAR-ın prezidenti Rövnəq Abdullayev sentyabrın 21-də Sumqayıt şəhərində olub, şirkətin bir sıra obyektlərinə baş çəkib. Rövnəq Abdullayev əvvəlcə Sumqayıt Kimya Sənaye parkında “SOCAR-Polimer” layihəsi çərçivəsində tikilən polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında aparılan tikinti işlərinin gedişatı ilə tanış olub. Sonra SOCAR-ın prezidenti “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna gələrək polimer istehsalatında inzibati və məişət binasının açılışında iştirak edib.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzainin, “Milli Fəaliyyətlər Planı” (NAMA) layihəsinin meneceri Nazim Məmmədovun və digər qonaqların da iştirak etdiyi açılış mərasimində Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev məlumat verərək bildirib ki, 2016-cı ildən etibarən polietilen istehsalatının inzibati binasının yeni layihə əsasında əsaslı təmirinə başlanılıb. Binanın təmiri, isitmə sisteminin quraşdırılması SOCAR və BMT-nin Bakı ofisinin birgə layihəsi əsasında həyata keçirilib. Fasadın üzlənməsi zamanı enerji resurslarına qənaət olunması məqsədilə xüsusi izolyasiya materiallarından istifadə olunub. Binanın daxili işıqlanmasının təmin olunması üçün gücü 10 Kvt/saat olan günəş panelləri quraşdırılıb. İnzibati binanın istifadəyə verilməsi ilə ümumilikdə 457 işçinin iş və məişət şəraiti müasir tələblərə cavab verəcək şəkildə yaxşılaşdırılıb.
SOCAR-ın prezidenti və qonaqlar daha sonra Etilen-polietilen zavodunun mexaniki emal sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak ediblər. Bildirilib ki, qurğu və avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəldiyi, əməkçilərin iş və məişət şəraitinin qənaətbəxş olmaması nəzərə alınaraq, mexaniki emal sahəsində ötən ilin sonlarından başlayaraq əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Aparılan təmir işlərinin həcmi 3700 kvadratmetrdən artıq olub. Bütün mövcud avadanlıqlar yenilənib, sıradan çıxanlar yeniləri ilə əvəzlənib, 67500 kvadratmetr ərazidə abadlıq işləri aparılıb.
Sonra sənaye və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğu açılıb. Qurğunun tikinti işlərinə ötən ilin noyabr ayında başlanılıb. Ümumi sahəsi 2 hektar ərazini əhatə edən qurğuda “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı suları ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkında bir neçə istehsalçının fəaliyyəti zamanı formalaşacaq tullantı sularının da təmizlənməsi həyata keçiriləcək.
Etilen-polietilen zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanışlıq zamanı məlumat verilib ki, avqustun 10-dan başlanılan əsaslı təmir işləri 20 sentyabr - Neftçilərin peşə bayramı günü ərəfəsində uğurla yekunlaşıb. Həmçinin bildirilib ki, Etilen-polietilen zavodunda icrasına start verilmiş və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğuların və yardımçı sahələrin inşası işləri davam etdirilir.
Kimyaçılarla görüşən Rövnəq Abdullayev onları Neftçilərin peşə bayramı günü münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Sonda SOCAR-ın prezidenti “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun balansında olan Kimyaçı Mədəniyyət Sarayına gələrək, aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Bildirilib ki, mədəniyyət ocağı üç mərtəbədən ibarətdir. 6400 kvadratmetr sahəyə malik birinci mərtəbədə 800 nəfərlik parter və amfiteatrdan ibarət konsert zalı, inzibati və texniki otaqlar, digər mərtəbələrdə rəqs zalı, həmçinin müxtəlif dərnəklərin, tədris və kursların yerləşdiyi otaqlar əsaslı təmir olunub, ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Azərbaycan və Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb
14.12.2017
Azərbaycan-Türkiyə biznes forumu keçirilib
14.12.2017
Sahibkarlar üçün gömrük və maliyyə sahələri üzrə treninq
14.12.2017
Gürsel İsmayılzadə: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur”
14.12.2017
“Azersky” peykinin imkanlarından Tacikistanın istifadə etməsi müzakirə edilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7928

1 “Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
2 Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
3 Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
4 Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq
5 DJB növbəti “Diaspor dərsi”ni Bakı Humanitar Kollecində keçirib


14.12 15:41
14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info