Ermənistan BMT-də növbəti dəfə ifşa olundu
Tarix: 21.09.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər
BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Ermənistanın ifşa olunması ilə yadda qalacaq. Sessiyanın açılışında Ermənistan bir növ iki dəfə ifşa olundu. Öncə BMT-nin sessiyasında çıxışında Ermənistan prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi rejimin mahiyyətini ifşa edib. Dünya ölkələri beynəlxalq sülhdən, qlobal problemlərin həllindən bəhs etdiyi bir vaxtda, o öz bəyantları ilə faktiki olaraq beynəlxalq hüquq prinsiplərinə, eləcə də BMT-nin əsasnaməsinə hörmətsizliyini nümayiş etdirib. Serj Sarkisyanın çıxışının yenə ənənəvi erməni xislətinə uyğun olaraq böhtan və yalan üzərində qurulması, deyəsən, artıq beynəlxalq ictimaiyyətdə də təəccüb doğurmur. Elə bu qurumun özünün qəbul etdiyi 4 qətnaməni həyazsıcasına görməzdən gələn Sarkisyan öz ölkəsinin belə, tanımadığı separatçı rejimin vəkili statusunda idi.
Növbəti olaraq isə Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxışında diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldərək Ermənistanın yalanlarını üzə çıxarıb. Hərçənd dövlət başçısı dəfələrlə çıxışlarında beynəlxalq birliyə Ermənistanın işğalçı ölkə olduğunu deyib. Lakin ilk dəfə idi dövlət başçısı səviyyəsində BMT tribunasından erməni mifi darmadağın edilirdi. Prezident bildirib ki, 25 ildən çoxdur Ermənistan işğalçılıq siyasətini davam etdirir: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

Prezidentdən BMT-yə
çağırış


Prezident aparıcı beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini xatırladıb. Hətta 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini də yada salıb: “İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.
Dövlət başçısının çıxışında Ermənistanın status-kvonun dəyişməz qalması üçün əlindən gələni etməsi də xüsusi vurğulanıb. Bununla yanaşı, Prezident Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamələrin icra olunumamasından narahatlığını ifadə edib: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.
Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.
Dövlət başçısı ötən ilin aprelində Ermənistanın şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində törətdiyi cinayətlərdən də danışıb: “Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.
Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.
“Prezident çıxışında Serj Sarkisyanı hərbi cani kimi beynəlxalq ictimaiyyətə təqdim etdi”
Məsələyə manasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Sarkisyanın əsassız ittihamları cavabsız qala bilməzdi: “Odur ki, Prezident İlham Əliyevin çıxışında Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutdu. Bu zaman bütün dünya səviyyə fərqinin də şahidi oldu. Prezident İlham Əliyev münaqişənin səbəbinin yaratdığı fəsadları, habelə regional və qlobal təhlükəni tarixi faktlar və təkzibolunmaz sübutlarla əsaslandırdı”.
Millət vəkili Elman Nəsirov bildirib ki, ölkə başçısı Ermənistan prezidenti Serj Sarkisyanı hərbi cani kimi beynəlxalq ictimaiyyətə təqdim etdi:
“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışının bir hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi ilə bağlı idi. Bu çıxış Ermənistanın təcavüzkar siyasəti və onun ağır nəticələri özündə ehtiva edirdi. Cənab Prezident beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı ki, ölkəmizin 20 faiz torpağı işğal altındadır, 1 milyondan artıq məcburi köçkün və qaçqınımız var. Ermənistan silahlı qüvvələri Xocalıda dəhşətli cinayətə imza atıb, Xocalı soyqırımını həyata keçirib. Artıq 10-dan çox ölkə bu soyqırımı tanıyıb. Bu gün Ermənistana rəhbərlik edən şəxs Xocalı soyqırımını törədənlərdəndir. Yəni cənab Prezident çıxışında Ermənistan prezidenti Serj Sarkisyanı hərbi cani kimi beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, çox vacib bir məqamdır".
Elman Nəsirov deyib ki, Prezidentin BMT Baş Assambleyasındakı çıxışı dünya dövlətlərinə də müqayisə və təhlil üçün bir imkan yaratdı: “Çünki Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan lokal regional səviyyəni çoxdan aşıb. Azərbaycan kiçik ölkə olsa da beynəlxalq dialoqa, sülhə, terrorizmlə mübarizəyə, multikulturalizm, tolerantlıq kimi dəyərlərin yaşadılmasına öz töhfəsini verən bir ölkədir. Azərbaycan separatizmdən, qonşu dövlətin işğalçı siyasətindən əziyyət çəkən bir ölkə olsa belə, qlobal problemlərə heç vaxt biganə qalmır. Əksinə, bütün dünyanı bu cür mənfi tendensiyalarla birgə mübarizəyə səsləyir”.
E.Nəsirov qeyd edib ki, Prezident çıxışında münaqişənin həlli ilə bağlı prosesə toxunarkən, indiyə qədər problemin həll olunmamasının Ermənistana münasibətdə heç bir təzyiq və təsir mexanizmlərinin işə salınmamasından qaynaqlandığını vurğulayıb: “Ölkə başçısı göstərdi ki, bu, birbaşa ikili standartların nəticəsidir. Eyni zamanda Ermənistanda belə bir illüziya yaranıb ki, o, cəzasız qala bilər və bundan sonra da öz cinayətlərini davam etdirə bilər. Bu, çox mühüm məsələlərdən biridir”.
Prezidentin çıxışında aprel döyüşlərinə toxunduğunu xatırladan millət vəkili bildirib: “Azərbaycan Ordusunun əks-hücumu nəticəsində onların layiqli cavabı verildi. Əgər Ermənistan silahlı qüvvələri yenə də belə təxribatlara əl atarlarsa, daha ağır cəzalandırlacaqlar. Cənab Prezident BMT tribunasından öz mövqeyini bildirdi ki, aprel döyüşlərinə görə məsuliyyət Ermənistanın üzərinə düşür və belə təxribatlar olarsa, daha ağır formada cəzalandırılacaqlar. Ermənistan bundan dərs çıxarmalıdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
“Ermənistan faşizmi dövlət siyasətinə çevirib”
13.12.2017
BMT-də Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7928

1 “Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
2 Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
3 Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
4 Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq
5 DJB növbəti “Diaspor dərsi”ni Bakı Humanitar Kollecində keçirib


14.12 15:41
14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info