“Prezident BMT-də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi”
Tarix: 21.09.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər
Sevinc Fətəliyeva: “Dövlət başçısı BMT Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi”

“Dövlət başçısı, həmçinin çıxışında ikili standartlara son qoyulmasını, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edib, eləcə də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul olunmuş qətnamələrinin icrasının zəruriliyini diqqətə çatdırıb”
"Azərbaycan dövlətinin xarici siyasətində daim milli maraqlar qorunur. Həmçinin, ölkəmiz qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir". Bu fikirləri YAP-ın saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, BMT-nin ali tribunasından Azərbaycanı dünyaya sosial-iqtisadi cəhətdən uğurla inkişaf edən, qlobal miqyasda mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verən ölkə kimi təqdim edən Prezident eyni zamanda diqqəti ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldib: "Azərbaycan Prezidenti istər beynəlxalq təşkilatlar səviyyəsində çıxışlarında, istərsə də müxtəlif bəyanatlarında ölkəmizin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcəyini ifadə edir və münaqişənin həllinin zəruriliyini vurğulayır. Prezident İlham Əliyev həm də konkret və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün isə Ermənistanın konstruktiv mövqedən çıxış etməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da bu əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlətimizin başçısı BMT-nin yüksək tribunasından bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və Ermənistanın faşizmini, azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı. ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb. Həmçinin, beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar münaqişənin illərdir həll olunmamasının başqa bir səbəbidir. Bununla belə, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqları sonsuza qədər davam edə bilməz və yekun həllə xidmət edən konkret addımlar atılmalıdır. Prezident də çıxışında bildirib ki, status-kvo dəyişməlidir. Dövlət başçısı, həmçinin çıxışında ikili standartlara son qoyulmasını, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edib, eləcə də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul olunmuş qətnamələrinin icrasının zəruriliyini diqqətə çatdırıb. Bütövlükdə, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi".
Anar




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
“TAP hazır olsaydı indi fövqəladə vəziyyət elan etməyə hazırlaşmazdıq”
13.12.2017
“Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir
13.12.2017
“Biz enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik”
12.12.2017
“ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq”
12.12.2017
“Rəşad məşqçi kimi tam formalaşıb”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7928

1 “Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
2 Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
3 Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
4 Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq
5 DJB növbəti “Diaspor dərsi”ni Bakı Humanitar Kollecində keçirib


14.12 15:41
14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info