Tanınmış vokalçımız “Rotunda Jazz Club”da çıxış edəcək
Tarix: 22.09.2017 | Saat: 11:08:00 | E-mail | Çapa göndər
Oktyabrın 20-dən 28-dək Bakıda bütün dünyanın caz ifaçıları üçün bir növ ənənəvi bayrama çevrilmiş Beynəlxal Caz Festivalı keçiriləcək. Tanınmış vokalçı Təranə Mahmudova festivalın qonaqlarına ən parlaq gecələrdən birini bəxş edəcək. Xanım ifaçı oktyabrın 23-də, saat 19:00-da “Rotunda Jazz Club”da çıxış edəcək.
T. Mahmudova Azərbaycanın festivalda solo konsertlə çıxış edəcək yeganə nümayəndəsidir. O, azərbaycanlı və gürcüstanlı musiqiçilərin – Elbəy Məmmədzadə (piano), Mixail Caparidze (bass) və Giorgi Kapanadze (zərb alətləri) – müşayiəti ilə çıxış edəcək.
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində əla musiqi bayramı, ustad dərsləri, cem-seyşnlər, Azərbaycan caz günləri, gənc ifaçıların müsabiqəsi, “Kids Jazz Day”, art-sərgilər və əlbəttə ki, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər təşkil ediləcək. Festivalın qonaqları arasında ABŞ-ın “Kennedy Administration” caz-bendi, norveçli saksofonçu, müğənni və bəstəkar Bendik Hofset, Artur Dutkeviçin polşalı triosu, hollandiyalı pianoçu Mixil Borslap, kolumbiyalı musiqiçi Edmar Kastaneda, Almaniyanın “Cyminology” caz kollektivi, meksikalı gitaraçı Pako Ranteria, Türkiyənin "Onder Focan & Shalliel Bros" caz kollektivi və başqaları var.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Şahvələd Eyvazovun fotolarından ibarət sərgi
14.12.2017
Pirallahıda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib
14.12.2017
Ömrünün altmışıncı payızını yaşayan sənətkar
13.12.2017
Bakıda “İsveçrə və onun təbiəti“ mövzusunda rəsm sərgi
12.12.2017
Azərbaycanlı sənətkar İstanbulda Çingiz Aytmatovun heykəlini ucaldıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7928

1 “Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
2 Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
3 Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
4 Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq
5 DJB növbəti “Diaspor dərsi”ni Bakı Humanitar Kollecində keçirib


14.12 15:41
14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info