XİN rəhbəri Nyu-Yorkda ikitərəfli görüşlər keçirib
Tarix: 22.09.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Keniya Respublikasının Xarici Əlaqələr və Ticarət naziri Amina Mohamed , Kosta Rika Respublikasının Xarici Əlaqələr və Etiqad naziri Manuel Qonsales Sans, Dominikan Respublikasının Xarici Əlaqələr üzrə Dövlət Katibi Miqel Varqas Maldonado, Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin, Sent Kitts ve Nevisin xarici işlər naziri Mark Brantley , Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov, Sent Vinsent ve Qrenadin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker və İspaniya Krallığının Xarici Əlaqələr və Əməkdaşlıq məsələri üzrə naziri Alfonso Dastis ilə ikitərəfli görüşlər keçirib.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunub.
 
Bu xüsusda, qarşılıqlı rəsmi səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb, ikitərəfli müqavilə-hüquq bazasının, iqtisadi-ticarət və humanitar əlaqələrin birgə səylərlə inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
 
Habelə, görüşlərdə sözügedən ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.
 
Görüşlərdə tərəflər arasında BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.
 
Görüşlər əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı, Ermənistanın müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri və işğala əsaslanan “status-kvo”nu saxlamaq siyasəti barədə həmkarlarına müfəssəl məlumat verərək, münaqişənin BMTTəhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib. E. Məmmədyarov münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və haqlı mövqeyinin bütün beynəlxalq ictimaiyyət, o cümlədən görüş keçirən ölkələr tərəfindən daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
 
Kolumbiya tərəfi ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən nazir Elmar Məmmədyarov və Kolumbiya tərəfdən nazir Maria Anxela Olgin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Naziri arasında idman və mədəniyyətin təşviqinə dair” Bəyannaməni imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info