“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi başa çatdı
Tarix: 07.05.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Yanğından Mühafizə Hissəsində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda elan edilən yaradıcılıq müsabiqəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevar da iştirak edib. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqəyə rəsm, plakat, əl işi, yumşaq oyuncaq və yanğın-qəza xilasetmə texnikasının modeli nominasiyaları üzrə işlər təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsidir. Nazir Kəmaləddin Heydərov məktəblilərin müsabiqəyə təqdim etdiyi əl işlərinə heyran olduğunu bildirib və qeyd edib ki, burada təmsil olunan məktəblilər arasından Azərbaycanın böyük istedadları çıxa bilər. Nazir müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Mikayıl Cabbarov, Azad Rəhimov və digər iştirakçılar məktəblilərin əl işlərini yüksək qiymətləndiriblər. Sonda qaliblərə mükafatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info