“Şəhadət“ sənədli filminin təqdimatı keçirilib
Tarix: 22.09.2017 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DTX, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər.
Tədbirdə sənədli film nümayiş etdirilib.
"Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizm təsirinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist - terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.
 
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018
“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
19.07.2018
Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir
18.07.2018
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə hazırlayıblar
18.07.2018
Misirli alimin kitabının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9666

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info