“ASAN xidmət“in yaradılması korrupsiyanı sıfıra endirib“
Tarix: 22.09.2017 | Saat: 14:31:00 | E-mail | Çapa göndər
"Biz tam əminliklə deyə bilərik ki, hal-hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur".

Bunu Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildən bu günə qədər 3 dövlət proqramı qəbul edilib, hal-hazırda da Azərbaycanda 2015-2018-ci illəri əhatə edən "Açıq hökumətin təşviqinə dair" dövlət proqramının strategiyası mövcuddur: "Biz hal-hazırda bu strategiyanın həyata keçirilməsi ilə məşğuluq. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Mən əminliklə deyirəm ki, "ASAN Xidmət"in yaranmasından və bu qurum Azərbaycanın müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən sonra həmin sahələrdə korrupsiya sıfıra enib. Biz bunu gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa bu və ya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq bir müddətdən sonra "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132 nəfərə çatıb
17.10.2017
ƏƏSMN elektron xidmətlərindən ən çox istifadə olunan qurumdur
17.10.2017
Xızıdakı partlayışdan zərər görən sakinlər üçün yeni evlər tikilir
16.10.2017
Ərzaq təhlükəsizliyi dünyada sülhün və sabitliyin təmin edilməsi üçün vacibdir
13.10.2017
“Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info