“Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda bilik yarışması
Tarix: 07.05.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda bilik yarışması keçirildi. Naxçıvan şəhərində fəaliyyət göstərən 12 tam orta məktəb arasında, bütün fənlər üzrə 50 test sualından ibarət bilik yarışması maraqlı və yaddaqalan oldu.
NDU-nun Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent, Əməkdar müəllim Kamal Camalov vurğuladı ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. O qeyd etdi ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
NDU-nun fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Elgün Tağıyevin “Heydər Əliyev və Azərbaycanda təhsil”, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Aytən Xəlilovanın “Heydər Əliyev və Azərbaycan gəncləri məktəbli təfəkküründə” mövzu Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə Heydər Əliyev şəxsiyyətinin və müdrik siyasətinin gənclər üçün əsl örnək olduğunu, elmdə və təhsildə bu ideyanın sədaqətlə davam etdirilməsinin zəruriliyini bildirdi.
Məlumat üçün qeyd edək ki, Heydər Əliyevin adını daşıyan tam orta məktəb yarışmanın qalibi elan olundu. 17 nömrəli tam orta məktəb II, 11 nömrəli tam orta məktəb isə III yerə layiq görüldülər.
Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info