ADNSU Dostluq Ordeni ilə təftif olunub
Tarix: 22.09.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı sentyabrın 21-23-də Vyetnamın Vung Tau şəhərində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunun işində iştirak edir.
Universitetdən redaksiyamıza bildiriblər ki, Forumda çıxış edən rektor, prof. Mustafa Babanlı Vyetnam Sosialist Respublikası tərəfindən 4 ordenlə mükafatlandırılan bir ali məktəbi təmsil etməyin çox qürurverici bir hiss olduğunu bildirib. ADNSU-nun Avropa və Asiya regionunda ilk neft təmayüllü ali məktəb olduğunu deyən rektor M.Babanlı bu universitetin sovet dönəmində bütün dünyada Azİİ kimi tanındığını və burada Vyetnam da daxil olmaqla dünyanın hər yerindən tələbələrin təhsil aldığını qeyd edib. Azİİ ilə Vyetnam Sosialist Respublikası arasında əlaqələrin SSRİ süqut etdikdən sonra da davam etdirildiyini deyən prof. M.Babanlı 2010-cu ildə Vyetnamın “Petrovyetnam” Dövlət Neft və Qaz Şirkəti ilə birgə mütəxəssis hazırlığı haqqında müqavilə bağlandığını diqqətə çatdırıb. Rektor M.Babanlı indiyə kimi Azİİ-də Vyetnam Sosialist Respublikası üçün 437 mühəndis, 37 bakalavr, 2 magistrant, 28 elmlər namizədi və 3 elmlər doktoru hazırlandığını qeyd edib.
Forumda Vyetnam Sosialist Respublikasının prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Vyetnam Sosialist Respublikasının Dostluq Ordeni ilə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı isə Azərbaycan-Vyetnam Dostluq Assosasiyasının Medalı ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan-Vyetnam Dostluq Forumunun keçirilməsi təşəbbüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevə məxsusdur. Belə ki, 2014-cü ildə Vyetnama dövlət səfəri zamanı prezident İlham Əliyev Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşdə Azərbaycan-Vyetnam Dostluq Forumunun Bakıda keçirilməsi ilə bağlı AR Təhsil Nazirliyinə və Azərbaycanın Vyetnamdakı Səfirliyinə tapşırıq vermişdir. Bunun əsasında, 1-ci Azərbaycan-Vyetnam Dosluq Forumu 7 may 2015-ci il tarixində müvəffəqiyyətlə keçirilmişdir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
“Yeni qəbul qaydalarını Nazirlər Kabineti və Ədliyyə Nazirliyi təsdiqləyəcək”
14.12.2017
Azərbaycana gələn turistlərə elektron viza verilməsi müddəti 3 gündən 3 saata endirilir
14.12.2017
Azərbaycan Cümhuriyyəti uğrunda canını fəda etmiş şahzadə
14.12.2017
BİTKol-da “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib
14.12.2017
2018-ci ildən xam pambığın alış qiymətləri artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7928

1 “Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
2 Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
3 Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
4 Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq
5 DJB növbəti “Diaspor dərsi”ni Bakı Humanitar Kollecində keçirib


14.12 15:41
14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info