Baş cərrah: “Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın”
Tarix: 22.09.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Bakı Ürək Mərkəzində Azərbaycan cərrahiyyəsində əldə olunan nailiyyətlərə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov və akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev və digər mütəxəssislər iştirak ediblər.
Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov son illər Azərbaycan səhiyyəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirilib ki, son on ildə ölkə səhiyyəsi, o cümlədən də cərrahiyyə sürətlə inkişaf edib. Hazırda Azərbaycanın ən uzaq regionlarında belə fəaliyyət göstərən tibb müəssisələri müasir avadanlıqlarla təhciz olunub. 600-dən çox tibb ocağı tikilib və ya yenidən qurulub. Ölkəmizin tibbi potensialı on milyonluq əhaliyə xidmət etmək üçün tam hazırdır. Hazırda ölkədə 3445 cərrahın fəaliyyət göstərir. Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın. Ötən il ölkəmizdə 250616 əməliyyat aparılıb, onlardan yalnız 419 ölümlə nəticələnib. Bu da ümumilikdə əməliyyatların 0,1 faizi təşkil edir. Bu MDB ölkələri arasında ən aşağı göstəricidir.
Respublika Talassemiya mərkəzində 7 ay ərzində yerli mütəxəssislər tərəfindən 8 xəstəyə ilik köçürülüb, 7 nəfərə də ilik köçürülməsi planlaşdırılır.
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev bildirib ki, dünyada laparoskopik cərrahiyyənin ən çətin əməliyyatlarından hesab olunan yemək borusu plastikası əməliyyatı 2013-cü ildən etibarən Azərbaycanda da icra olunur. Müasir cərrahiyyədə əməliyyatların mümkün qədər az travmatik olmaları üçün laparoskopiyanın imkanları getdikcə artır, bunun nəticəsidir ki, əvvəllər ölümcül fəsadları olan bir çox əməliyyatlar hazırda laparoskopik üsulla uğurla icra olunur və ən qısa zamanda xəstələr normal həyat tərzinə qayıdırlar. Müasir döş qəfəsi cərrahiyyəsində demək olar ki, hər əməliyyatın torakoskopik yolla icrası mümkündür. Bu əməliyyatlara həm divar aralığı, həm də ağciyərin öz əməliyyatları daxildir. Torakoskopik əməliyyat sonrası xəstənin reabilitasiya dövrünün daha qısa olması, əməliyyat sonrası ağrının çox az olması, estetik baxımdan iz qalmaması səciyyəvidir.
Tədbir zamanı döş qəfəsi videotorakoskopik əməliyyatlar, endoskopik qida borusu cərrahiyyəsi və digər mövzuları ətrafında təqdimatlar keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info