“Ruhum - sözümdür” sənədli filminin təqdimatı keçirilib
Tarix: 22.09.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər
Bakı Mətbuat Mərkəzində Sumqayıtda fəaliyyət göstərən “Dünya” Müstəqil Teleradio şirkətinin istehsal etdiyi “Ruhum - sözümdür” sənədli filminin təqdimat mərasimi keçirilib.
Mərasimi açan Azərbaycan Yazıçılar Birliyinin üzvü Hafiz İmamnəzərli əvvəlcə filmin qəhrəmanı yazıçı-dramaturq, kinossenarist, pedaqoji elmlər doktoru, professor, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimovun həyat və elmi- bədii fəaliyyətindən danışıb.
Filmin müəllifi və rejissoru Elşən Qəni öz qəhrəmanının psixoloji portret cizgilərindən və yaradıcılıq fəlsəfəsindən söz açıb.
Sonra sənədli filmə baxış olub.
Filmin nümayişindən sonra çıxış edənlər A.Rəhimovun nəzəri-fundamental əsərlərində əks olunan parlaq zəkanın, idrakın qüdrətinin gənc nəslə, cəmiyyətə verə biləcəyi töhfələrdən danışıblar.
Ağarəhim Rəhimov xoş fikirlərə görə minnətdarlığını bildirib.
Sənədli filmin operatoru Emin Kamiloğlu, prodüsseri Hafiz İmamnəzərli, redaktoru Natiq Qubadoğlu, direktoru Əməkdar jurnalist Ramiz Hüseynovdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
Pakistanda “Əli və Nino“ filminin premyerası keçirilib 
16.10.2017
Türkiyədə “Leyla və Məcnun” filmi çəkilə bilər
16.10.2017
“Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçiriləcək
13.10.2017
 Tarixi sinaqoq muzey kimi fəaliyyət göstərəcək
13.10.2017
Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info