Qadın voleybolçular arasında Avropa çempionatı
Tarix: 22.09.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər
Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi start götürüb. Oktyabrın 1-dək davam edəcək çempionatda 16 komanda dörd qrupda mübarizəyə qoşulub. “A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin - Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Hazırkı Avropa çempionları – Rusiya voleybolçularının da yer aldığı “C” qrupunda Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları qrupdan çıxmaq uğrunda yarışacaqlar. “D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları yer alıb. “A” və “C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. “B” qrupunun görüşləri Tbilisidə Yeni İdman Sarayında, “D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılacaq. Çempionata Rusiya-Ukrayna qarşılaşması ilə start verilib. Azərbaycan yığma komandası qrup mərhələsində Macarıstandan sonra, ayın 24-də Polşa, 25-də isə Almaniya milli komandaları ilə qarşılaşacaq. Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək. Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış edib. 2015-ci ildə Hollandiyanın və Belçikanın birgə ev sahibliyi etdikləri sonuncu Avropa çempionatında Rusiya milli komandası birinci yeri tutub. Hollandiya ikinci, Serbiya isə üçüncü olub. Azərbaycan yığması həmin çempionatı 14-cü sırada başa vurub.




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
“Qarabağ“ı təzyiq altında saxlamalıyıq“
17.10.2017
Prosineçki “Trabzonspor“un gündəmində!
17.10.2017
“Atletiko“ Madrid Bakıda!
16.10.2017
“Rəykkönen ən yaxşı komanda yoldaşımdır”
16.10.2017
MS-dən son 123 ilin rekordu

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info