“Dövlət başçısı BMT-dəki çıxışında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi”
Tarix: 22.09.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər
“Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı birmənalı olaraq prinsipial mövqeyini nümayiş etdirdi. Azərbaycanın inkişafının sürətlə davam etdiyini diqqətə çatdırdı”. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib. Rövşən Rzayev qeyd edib ki, Azərbaycanın hazırda böyük bir problemi var, dövlətimizin ərazi bütövlüyü pozulub, torpaqlarımızın işğaldan azad olunması barədə Prezident İlham Əliyev BMT-nin dörd qətnaməsini bir daha onların yadına saldı: “Açıq şəkildə bildirdi ki, digər dövlətlərlə bağlı qətnamələr dərhal yerinə yetirilir, Azərbaycanla bağlı qətnamələr isə yerinə yetirilmir, çünki bununla bağlı ikili standartlar mövcuddur. Bu, sessiyada Azərbaycanla bağlı çox vacib mesajlar idi. Bundan sonra dünya ictimaiyyəti, aparıcı dövlətlər, Minsk qrupunun həmsədrləri həmin mövqeyə öz yanaşmalarını səsləndirməlidirlər. Digər tərəfdən isə dövlətimizin başçısı bir daha dünya ictimaiyyətinə çatdırdı ki, Xocalı soyqırımının təşkilatçısı və birbaşa iştirakçısı bu gün Ermənistana rəhbərlik edən Serj Sərkisyandır. Bunu BMT tribunasından demək təbii ki, çox vacib idi. Dövlətimizin marağından çıxış edən Prezident İlham Əliyev sessiya iştirakçılarını Azərbaycanın inkişafını təmin edən siyasət barədə məlumatlandırdı. Mən də Azərbaycan xalqı ilə bərabər dövlətimizin başçısının qətiyyətli çıxışına və prinsipial mövqeyinə görə qürur hissi keçirirəm”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
“Azərbaycan Qafqaz regionunda sabitlik və sülh amilinə çevrilib”
17.10.2017
“İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb”
17.10.2017
“Çin ilə Azərbaycanın ticarət dövriyyəsi xeyli artıb”
16.10.2017
“Türkiyə hökuməti Belarusdan nümunə götürməlidir”
16.10.2017
“Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info