BMT Azərbaycana qarşı cinayət törədənləri necə cəzalandıra bilər?
Tarix: 23.09.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev BMT-də çıxış edən zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasına diqqət çəkdi. Prezident nitqində Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsini beynəlxalq aləmdəki ikili standartlarla əlaqələndirib. “Vesti Kavkaza”ya açıqlama verən siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov BMT və digər beynəlxalq strukturların Ermənistanı qərarların icrasına vadar etmək gücündə olduğunu deyib. Kuznetsovun fikrincə, Ermənistanın ağası rolunda əvvəllər Rusiya çıxış edirdi. Onun fikrincə, son vaxtlar rəsmi İrəvan Moskvaya qarşı demarş edərək Avroatlantik məkana siqnallar ötürmək istəyir: “Əgər, nəzərə alsaq ki, ABŞ-ın dünyada ən böyük ikinci səfirliyi İrəvanda yerləşir, onda rahat şəkildə deyə bilərik ki, Yerevanın real təsir rıçaqları Rusiya deyil, ABŞ-ın əlindədir”. Kuznetsov Ermənistan prezidenti Serj Sərkisyanın beynəlxalq hüquqa görə hərbi cinayətkar olduğunu da vurğulayıb. Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov isə “Kazan formula”nun bu münaqişəni nizamlayacağını deyib: “İlk növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalı, bunun əvəzində Ermənistana 2 nəqliyyat dəhlizi və blokadadan çıxmaq şansı tanınmalıdır”. Markovun fikrincə, Sərkisyanın Xocalı soyqırımında iştirakı rəsmi İrəvanın danışıqlardakı mövqeyini zəiflədir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info