Batumidə biznes-forum keçiriləcək
Tarix: 25.09.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Batumidə "Sitrus məhsullarının ixracı" beynəlxalq biznes-forumu keçiriləcək.
AZƏRTAC Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, on ölkənin nümayəndələri - Gürcüstanın sitrus meyvələrinin idxalçıları sentyabrın 30-da Batumidə toplaşacaq. Biznes-forum ölkənin ixrac potensialı ilə tanışlıq məqsədi daşıyır.
Tədbir Avropa və Asiyanın müxtəlif ölkələrinin maraqlı tərəflərinin yerli sitrus məhsullarının ixrac potensialı barədə məlumatlandırılması üçün görüşlərin təşkili üzrə fəal kampaniyaya başlamaq məqsədilə keçirilir.
Biznes-forumda Gürcüstan hökumətinin üzvləri, diplomatlar, sitrus məhsullarının çeşidlənməsi və emalı üzrə yerli müəssisələrin, ticarət və logistika təşkilatlarının əməkdaşları, müxtəlif ölkələrin iri idxalçıları, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Gürcüstanda istehsal olunan naringi əsasən Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və digər ölkələrə ixrac olunur. İlkin məlumatlara görə, bu mövsümdə məhsul təxminən 50-60 min ton təşkil edəcək. Məhsulun təqribən 10 min tonu sənaye emalı üçün, qalanları isə ixrac üçün nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info