Türkiyə XİN: “Milli təhlükəsizliyimizə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görəcəyik”
Tarix: 25.09.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Türkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb.

“Milliyyət”-in verdiyi xəbərə görə, bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb.

Bəyanatda deyilir ki, İraq Kürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: “Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq.

Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcə İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq.

Bütün beynəlxalq ictimaiyyətin, xüsusilə də region ölkələrinin referenduma ardıcıl yanaşması davam etdirilməlidir. Bu qeyri-qanuni cəhdin nəticələrinin qarşısını almaq vacibdir. Məsud Bərzaninin qısamüddətli siyasi maraqların arxasınca qaçmaq yerinə bütün İraqxalqının uzunmüddətli dincliyini və rifahını təmin edən siyasət yürütməsi lazımdır. Bir daha vurğulayırıq ki, referendumla bağlı milli təhlükəsizliyimizə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görəcəyik”.

Qeyd edək ki, İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.

M. Bərzani isə geri addım atmayacaqlarını deyib. O bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar: “Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik”.

M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: “Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.
M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb .
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info