“Məhsullarımız “ABAD”ın dəstəyi ilə tezliklə supermarketlərdə satışa çıxarılacaq”
Tarix: 25.09.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“ABAD”ın ərzaq məhsulları istehsalı üzrə dəstək verdiyi Şəmsi Şabanova uşaqlıqdan heyvandarlıq sahəsinə böyük maraq göstərib. Şəmsi heyvandarlıq sahəsi üzrə öz kiçik ailə təsərrüfatını yaratmaq qərarına gəlib və nəhayət bu arzusuna qovuşub. Hazırda xanım fermer Balakən rayonunun Sarıbulaq və Qazbinə kəndlərindəki səfalı guşələrdə 400 başdan çox iribuynuzlu heyvan bəsləyir.
Atasından maldarlığın sirlərini öyrənən fermer öz istehsal potensialını genişləndirmək, kolbasa məhsulları istehsalına başlamaq üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsindən faydalanmaq qərarına gəlib və bu məqsədlə Balakəndə fəaliyyət göstərən “ABAD Mərkəzi”nə müraciət edib. Fermerin müraciəti “ABAD” tərəfindən müsbət qarşılanıb və ona Balakən rayonunun Katex kəndində yüksək keyfiyyətli kolbasa məhsulları hazırlamağa imkan verən monoblok-konteyner şəklində zəruri istehsal avadanlığı təqdim olunub.
Şəmsi Şabanova AZƏRTAC-a müsahibəsində gələcək planları barədə danışıb: “Əvvəllər yalnız ət satışı ilə məşğul olurdum. “ABAD”ın təqdim etdiyi istehsal avadanlığının köməyi ilə bazara yüksək keyfiyyətli, bütün standartlara uyğun kolbasa məhsulları çıxarmaq niyyətindəyəm. İstəyirəm ki, məhsullarımız artıq böyük supermarketlər şəbəkəsinə yol tapsın. Bu işdə “ABAD”ın dəstəyinə çox güvənirəm”.
Məhz “ABAD” ailəsinə qoşulduqdan sonra fermer Şəmsi Şabanova istehsal etdiyi məhsulların sertifikatlaşdırılması və insanların ekoloji təmiz məhsullarla təmin olunması istiqamətində dəstək alıb. Onun istehsal etdiyi kolbasa məhsulları “Bizim nemət” brendi altında satışa çıxarılacaq. Bu məhsullar tam təbiidir və bütün zəruri yoxlamalardan keçərək, müvafiq sertifikatlarla işarələnib.
Ümumiyyətlə, müasir tələblərə cavab verən dizayna və brend adına, uyğunluq və gigiyenik sertifikatlara malik olması şübhəsiz ki, “ABAD”çıların məhsullarının satışını xeyli asanlaşdırıb. Hazırladıqları məhsulların özlərinə məxsus brend altında satılması isə ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar çıxarmağa daha da həvəsləndirir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info