“İraqın istəyi əsasında Kürdüstan Muxtariyyəti ilə hava sərhədini bağladıq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Qasimi deyib.
B. Qasimi bildirib ki, Tehran İraqın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır: “Bizim mövqeyimiz tamamilə şəffafdır. İraqdövlətinin ərazi bütövlüyünün və təhlükəsizliyinin əleyhinə olan hər bir addım səhv və düşünülməmiş addımdır. Bu, bəzi hadisələrə və dəyişikliklərə səbəb ola bilər ki, bu da region xalqları və həmişə xeyirlərini istədiyimiz, hər sahədə yardım etdiyimiz kürd xalqına təsir göstərə bilər”.
B. Qasimi İraq Kürdüstanı sərhədlərinin İran tərəfindən bombalanması xəbərinə də münasibət bildirib və deyib ki, Qərb mediası tərəfindən yayılan bu xəbərlər yanlışdır: “Bu, İraqKürdüstanında referendum öncəsi təbliğat məqsədilə yayımlanmış xəbər idi”.
|