“Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır”
Tarix: 25.09.2017 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


İstanbul şəhərində “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə Dini İşlər Vəqfi və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət, Mədəniyyət Tədqiqatları Mərkəzi – İRCİCA da dəstək verir.

Toplantının açılışında çıxış edən QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə DAEŞ və digər terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib: “Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.

A. Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb. O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə qarşı başda prezident Əliyev olmaqla, Azərbaycan xalqının tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini xatırladıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini ekstremizmin və terrorun qarşısının alınması üçün “dində vəhdət və birlik” ideyasını həyata keçirdiklərini söyləyib. Bu ideyanı ölkədə və bölgədə uğurla həyata keçirdiklərini diqqətə çatdıran M. Qurbanlı bu istiqamətdəki təşəbbüslərini dünya miqyasında davam etdirəcəklərini vurğulayıb.

Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ çıxışında bu toplantını “bir millət, iki dövlət” arasındakı həmrəyliyin və eyni mədəniyyətdən bəslənən insanların bir-birinə daha çox yaxınlaşmalarının örnəyi kimi gördüyünü deyib. O, konfransda iştirak edən elm adamlarına müraciət edərək “DEAŞ, FETÖ, “Boko Haram” kimi terror təşkilatlarını aradan çıxarmaq üçün ən böyük vəzifə sizin üzərinizə düşür. “Quran”ı, peyğəmbərimizin həyat və fəaliyyətini, düzgün hədisləri insanlara çox dərindən öyrətməliyik. Terror təşkilatları kimi bir zəhərə qarşı biz sadəcə elm, kitab, “Quran” yoluyla mübarizə apara bilərik”, - deyə B. Bozdağ vurğulayıb.

Konfrans elm və din adamlarının çıxışları ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info