BSU-nun rektoruna fəxri professor adı verilib
Tarix: 25.09.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 25-də Bakı Slavyan Universitetinin (BSU) rektorluğunun iclasında bu ali məktəbin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun, təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasovun Ukraynaya səfərləri ilə bağlı hesabatları dinlənilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, R.Novruzov səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində (ÇMTU) Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və Azərbaycan dili Bazar Günü Məktəbinin açılması barədə məlumat verib. Vurğulanıb ki, BSU ilə ÇMTU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti, ÇMTU arasında əməkdaşlıq barədə memorandum imzalanıb. ÇMTU-nun elmi şurasının qərarı ilə BSU-nun rektoru, professor Nurlana Əliyevaya elmi və ictimai fəaliyyətinə görə fəxri professor adı verilib. R.Novruzov diplom və medalı rektora təqdim edib.
Diqqətə çatdırılıb ki, Nurlana Əliyeva Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə “The Name in Science” fəxri mükafatına layiq görülüb. R.Novruzov mükafatın oktyabrın 6-7-də Fransanın Kann şəhərində keçiriləcək beynəlxalq festivalda BSU-nun rektoruna təqdim ediləcəyini diqqətə çatdırıb. Prorektor, həmçinin Bakı Slavyan Universitetinin “Ən yaxşı təhsil müəssisəsi” beynəlxalq mükafatına layiq görüldüyünü də bildirib. O, bununla bağlı rektora ünvanlanmış məktubda aşağıdakı fikirlərin səsləndiyini deyib: “Müəssisənin sizin rəhbərliyiniz altında uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyasının Beynəlxalq Sokrat Komitəsinə Bakı Slavyan Universitetini bu mükafata təqdim etməyə imkan vermişdir“.
Sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarova, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, BSU-nun jurnalistika kafedrasının dosenti, Əməkdar Jurnalist Etibar Babayev və digərləri qazanılmış uğurlar münasibətilə N.Əliyevanı təbrik ediblər.
N.Əliyeva çıxışında layiq görüldüyü mükafatlarda universitetin hər bir əməkdaşının əməyi olduğunu vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info