Azərbaycanlı gənclər Avrasiya Gənc Liderlərinin Forumunda iştirak ediblər
Tarix: 25.09.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


21 -23 sentyabr tarixlərində Rusiya Federasiyası Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında MDB, Gürcüstan və Baltika ölkələrindən olan Avrasiya Gənc Liderlərinin Forumu keçirilib.
Tədbirin açılış mərasimində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdkoy çıxış edərək belə tədbirlərin xalqların inteqrasiyasindakı roluna toxunub. Tədbirdə eləcə də Dövlət Dumasında MDB işləri üzrə komitənin üzvü Leonid Kalaşnikov, "Rossiya sevodnya" informasiya agentliyinin direktoru Andrey Blaqodirenko və başqa qonaqlar çıxış ediblər. Forum çərçivəsində geniş maraq doğuran müxtəlif məsələlər müzakirə olunub. Bunlar sırasında imic və internet, media – səhnəsində yeni brendlərin qurulması, vətəndaş sosiallaşması, inteqrasiya problemləri və sair kimi suallara aydınlıq gətirilib.
Tədbirdə Azərbaycanı təmsil edən gənclər öz fəallıqları ilə seçiliblər. Onlar öz çıxış və təqdimatlarında ölkədə reallaşdırılan gənclər siyasətini digər ölkələrdən olan həmkarlarının diqqətinə çatdırıblar. Azərbaycanda keçirilən irimiqyaslı yerli və beynəlxalq tədbirlər haqqında məlumat veriblər. Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyəti qismində politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının daxili işlər üzrə icraçı direktoru Nurxan Babayev, İrəli İctimai Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Qurbanov, “Middle East” layihəsinin qurucusu və rəhbəri Əli Hacızadə, Bakı gənclər klubunun koordinatoru, Gənc elçi Sabir Rüstəmov, əməkdar jurnalist Nair Əliyev, Exo. az-ın müxbiri Cəmilə Ələkbərova və digərləri iştirak etmişlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info