Beynəlxalq Xəzəryanı Gənclər Forumu işini başa çatdırıb
Tarix: 25.09.2017 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Aktau şəhərində keçirilən Beynəlxalq Xəzəryanı Gənclər Forumu işini başa çatdırıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Forumda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.
Qazaxıstanın Mangistau vilayətinin rəhbəri Yeralu Toğjanov tədbirdə çıxış edərək Prezident Nursultan Nazarbayevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Beynəlxalq Xəzəryanı Gənclər Forumunun iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Forum çərçivəsində gənclər faydalı fikir mübadiləsi apararaq yeni bilik və təcrübələrə yiyələnəcəklər.
Qazaxıstanın dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbaev, təhsil və elm nazirinin müşaviri Arin Orsariyev, İranın baş konsulu Mahmud Adib və digərləri çıxışlarında Forumun əhəmiyyətindən danışıblar.
Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında gənclərin ictimai-siyasi proseslərdə fəal rol oynadıqlarını bildirib. Nazir müavini Forum iştirakçılarına Azərbaycanda həyata keçirilən gənclər siyasəti, qəbul olunan Dövlət proqramları, yerli və beynəlxalq səviyyədə təşkil edilən tədbirlər, reallaşdırılan layihələr haqqında məlumat verib. İ.Babayev Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının təşəbbüsü ilə keçirilən Forumun ölkələrimiz və xalqlarımız, xüsusən də gənclər arasında əməkdaşlığın inkişafı baxımından önəmini vurğulayıb.
Sonra Azərbaycanın müxtəlif dövlət və qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərinin iştirakı ilə “Mədəni həyatda gənclərin rolu: dəyərlər, arxetiplər və hədəflər”, “Gənclər həyatının dizaynı”, “Yeni liderlərin hazırlanması” və digər mövzularda panel iclasları keçirilib.
Forum Azərbaycanın və Qazaxıstanın incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info