Ermənistan hakimiyyəti cinayət dünyası ilə əlaqəlidir
Tarix: 25.09.2017 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


"Dövlət ilə cinayət qrupları arasındakı əlaqə, təbii ki, təhlükələrlə doludur . Bu, cinayət törətmiş şəxsin işini təşviq edən dövlətin hərəkətlərindən biridir. Bu gün cinayət dünyasının tanınmış şəxsələrinin Ermənistan hakimiyyətindəki səlahiyyətlilərlə əlaqələri danılmazdır. Ümumiyyətlə, Ermənistan kimi ölkələrin dövlət sisteminin inkişafında, cinayətkarların himayə edilməsi, təşviqi öz rolunu çox böyük şəkildə oynayır. Cinayətlərin stimullaşdırılmasının bir yolu da cinayətkar qrupların dövlət tərəfindən birbaşa maliyyələşdirilməsidir. Təbii ki, cinayətlərin sayının artması baxımından dövlət iki böyük bloka malikdir. Bunlardan birincisi konkret tədbirlər, ikinci isə dövlətin hərəkətsizliyidir ". Bu fikirlərin müəllifi Ermənistanda fəaliyyət göstərən "Sosial Ədalət" İctimai Birliyinin sədri, psixoloq Arşak Qasparyandır. O, «Birinci İnformasiya» saytına verdiyi açıqlamada «Bu gün Ermənistanda ölkə səlahiyyətlilərilə cinayətkarların birləşməsindən və ya "sıx əməkdaşlıqdan" danışırlar»- deyə, bildirir. Birlik sədri Ermənistanda keçirilən bir çox tədbirlərin təşkilatçılarının məhz kriminal aləmin adamları olduğunu iddia edir. Bu kontekstdən çıxış edən Qasparyan İrəvandakı Karen Dəmirçiyan adına idman və konsert kompleksdə təşkil edilən konserti nümunə kimi göstərir. Ölkə səlahiyyətlilərinin- baş nazir Karen Karapetyan, bütün ermənilərin katolikosu II Qareqin, Böyük Kilikiya katolikosu Birinci Aramın da qatıldığı konserti maliyyə dəstəyi ilə Artur Asatryan təmin edib. Qeyd edək ki, cinayət dünyasında Don Pipok imi tanınan Artur Asatryan italyan mafiyasının üzvü kimi də tanınır. Bu gün o, cinayət yolu ilə əldə etdyi sərmayə hesabına Ermənistanın ən varlı adamıdır. Bir vaxtlar Rusyia mətbuatı onu hətta Aslan Usoyanın qətlinin sifarişçisi kimi də təqdim edirdi. Bu gün isə o, Ermənistanın dövlət səlahiyyətliləri arasında ən hörmət edilən şəxslərdən birinə çevrilib.
Arşak Gasparyanın sözlərinə görə, əgər dövlət, məsələn, müəyyən bir ölkədə sadəcə salfet istehsalı üçün mənfi davranışıyla fərqlənən bir insana imkan verəndə, əlbəttə ki, o, cinayət törətmiş şəxsin işini təşviq edərək bu işi qanuni bir iş halına gətirmiş olur.
«Bu gün Ermənistandakı hakimiyyətdə təmsil olunanların cinayətkarlarla birləşməsinin nəticələrinə gəldikdə, bu, gənclərimizin, vətəndaşlarımızın bir iş modelinə çevrilməyə başlayıb. Təbii ki, dövlət və cinayət qrupları arasındakı əlaqə təhlükələrlə doludur və bu gələcəkdə ölkədə daha sıx münasibətlər modelini yarada bilər» -deyə erməni psixoloq bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info