Atletimiz Avropa rekordunu yeniləyərək qitə çempionu oldu
Tarix: 25.09.2017 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində idmançımız Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Qasımov ardıcıl olaraq 92, 96 və 100 kiloqramı ram edərək bu hərəkət üzrə Avropanın ən yaxşısı olub. Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, idmançımız 100 kiloqramı başı üzərinə birdən qaldırma hərəkətində türkiyəli Toptaş Canerə məxsus olan Avropa rekordunu (99 kiloqram) yeniləməyi bacarıb. R.Qasımov təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 112, 118 və 121 kiloqramı başı üzərinə qaldırmaqla bu hərəkətdə də Avropada hamıdan yaxşı olduğunu sübut edib. Ümumilikdə 221 kiloqram (100+121) nəticə əldə edən R.Qasımov yeniyetmələr arasında Avropa çempionu olub. Digər idmançımız Murad Əliyev isə birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğursuz başa vurub. O, təkanla qaldırmada 105 kiloqramı ram edərək bu hərəkət üzrə doqquzuncu yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Formula 1-in iyunda keçirilməsi ilə bağlı danışıqlar aparılır
25.04.2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub
24.04.2019
EPL tarixinin ən erkən qolu vuruldu
24.04.2019
Suares Barcelona tarixinin 3-cü bombardiridir
24.04.2019
Bakı trası haqqında yürüş mühəndisinin fikirləri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info