Almaniyada parlament seçkiləri
Tarix: 25.09.2017 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


“Almaniya üçün Alternativ”in uğuru “tarixi şok” adlandırılır

Xarici işlər naziri Ziqmar Qabriel:
“İkinci Dünya müharibəsindən sonra ilk dəfə parlamentdə nasistlər əyləşəcək”

Almaniya Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini dərc edib: Bundestaqa 6 partiya keçib. Seçkilərdə ən çox səsi “Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku qazanıb - 33 faiz. Onun ardınca Sosial-Demokratik Partiyası (SDP, 20,5 faiz), “Almaniya üçün Alternativ” (AfD, 12,6 faiz) Azad Demokratik Partiyası (AzDP, 10,7 faiz), “Solçular” (9,2 faiz) və “Yaşıllar” (8,9 faiz) gəlir.
Digər partiyalar Bundestaqa daxil olmaq üçün 5 faizlik səddi keçə bilməyib. İlkin məlumata əsasən, seçkilərdə səsvermə hüququ olan əhalinin 76,2 faizi iştirak edib. Beləliklə, Bundestaqda XDİ/XSİ 200, SDP - 153, AfD - 94, AzDP - 80, “Solçular” - 69 və “Yaşıllar” - 67 yer qazanıb. Angela Merkel və Horst Zeehoferin partiyalarından ibarət alyans ötən seçkilərlə müqayisədə parlamentdə 65 mandat itirib. Almaniyada ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının parlamentə keçməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilib. Merkelin özü bu partiyanın nəticələrini “sınaq” adlandırıb. İtaliya parlamentində müxalifəti təmsil edən “5 ulduz hərəkatı”nın yaydığı bəyanatda bildirilir ki, Almaniyada keçirilən seçkinin nəticələri göstərir ki, Avropa İttifaqı daxilində dəyişikliyə ehtiyac var.

Bəzi ekspertlər iddia edirlər ki, “alternativin” uğuru 1949-cu ildən bəri mövcud olan siyasi sistemi dəyişə bilər

Partiya hesab edir ki, Merkelin başçılıq etdiyi hakim partiyanın və koalisiyanın ötən seçki ilə müqayisədə səs itirməsi Avropa inteqrasiya prosesində dəyişikliyə başlamağın vaxtının çatdığını təsdiqləyir: “Ola bilər ki, seçkinin nəticələri Avropada işlərin yaxşı getmədiyini Merkelin yadına salar”. İtaliya parlamentinin müxalifət partiyası Almaniyada radikalların parlamentdə 90-dan çox yer qazanmasının ciddi nəticələri olacağından ehtiyat edir. Ekspertlər bildirirlər ki, Merkelin başçılıq etdiyi partiya 1949-cu ildən bəri ən aşağı nəticəsini göstərib. Şultsun başçılıq etdiyi Sosial-Demokratlar partiyası isə bütün tarixinin ən aşağı nəticəsinə imza atıb. Hökuməti formalaşdırmaq üçün 355 deputat səsinə ehtiyac var. Ekspertlər hesab edirlər ki, radikal partiyanın bundestaqda bu qədər yer qazanmasının səbəbi Berlinin miqrasiya siyasəti ilə bağlıdır. Moskva Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri Nikolay Kaveşnikov bildirir ki, “Almaniya üçün Alternativ” partiyası bundestaqda hakim koalisiyanın işinə ciddi əngəllər yaradacaq. Amma parlamentdəki partiyalardan heç biri cəmiyyətin reaksiyanı nəzərə alaraq onunla blokda olmayacaq. Bəzi ekspertlər iddia edirlər ki, “alternativin” uğuru 1949-cu ildən bəri mövcud olan siyasi sistemi dəyişə bilər. Hələ seçkidən əvvəl Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirmişdi ki, “İkinci Dünya müharibəsindən sonra ilk dəfə parlamentdə nasistlər əyləşəcək”. 2013-cü ildə yaradılan partiya alman cəmiyyətində islam dininin yayılmasına və Merkelin miqrasiya siyasətinə qarşı çıxır. Bu partiya hesab edir ki, miqrantlar heç bir halda alman cəmiyyətinə inteqrasiya oluna bilməzlər. Bundan savayı, “Almaniya üçün Alternativ” avro zonasını tərk etməyin də tərəfdarı olmaqla yanaşı, Berlinin Yunanıstana da maliyyə yardımı ayırmasına qarşıdır. Onu da qeyd edək ki, Belçikanın xarici işlər naziri Didye Reynders “Almaniya üçün Alternativ” partiyasının üçüncü olmasını “tarixi şok” adlandırıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info