“Milli şura” ideyası baş tutmaya bilər”
Tarix: 07.05.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Müxalif qüvvələrin əksəriyyətini “Palata” ətrafında birləşdirmək artıq qeyri-mümkündür”. Bunu açıqlamasında “ictimai palata”nın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib. V.Mirkamal bildirib ki, “ictimai palata” yarananda bütün müxalif qüvvələrin orada təmsilçiliyi ilə bağlı müzakirələr aparılıb, lakin bir çox qüvvələr müxtəlif səbəblərdən quruma qoşulmayıb:
“Müəyyən partiyalar hesab etdi ki, onların yolu daha düzgündür, bəziləri isə şəxsi ambisiyaları səbəbindən “ictimai palata”da təmsil olunmadılar və müxalifətin daha böyük birliyi alınmadı. Sonra isə birliklə bağlı müəyyən ideyalar ortaya çıxmağa başladı. Düşünürəm ki, artıq gecdir. “İctimai palata” ətrafında o qüvvələri birləşdirmək qeyri-mümkündür”. O, qeyd edib ki, müxalifətin birliyinə yönələn “milli şura” ideyası istiqamətində danışıqlar aparılsa da, bu birlik baş tutmaya bilər: “Ola bilsin ki, biz “milli şura” ideyasını gerçəkləşdirə bildik. Amma bu baş tutmaya da bilər. Ümumiyyətlə, müxalifətin yeni birliyinin yaranmasına mane olan öncə bəzi qüvvələrin şəxsi ambisiyaları, digər halda isə həmin partiya və ya şəxslərin başqa yerlərdən qaynaqlanmasıdır. Ona görə də bu çox mürəkkəb bir prosesdir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info