Trampdan səkkiz ölkənin vətəndaşlarına viza qadağası
Tarix: 25.09.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


ABŞ Prezidentinin imzaladığı yeni fərmana əsasən, səkkiz ölkənin vətəndaşlarının ABŞ ərazisinə gəlməsi şərtləri sərtləşdirilir. Fərmanın təfərrüatı prezidentin 2017-ci il 24 sentyabr tarixli proklamasiyasında şərh edilir. Elə həmin gün altı müsəlman ölkəsindən ABŞ-a gəlişin qadağan edilməsi barədə əvvəlki fərmanın qüvvədə olma müddəti rəsmən başa çatıb. Prezidentin yeni fərmanına əsasən, bundan əvvəlki qadağa fərmanında göstərilən altı ölkədən beşinə - İran, Liviya, Somali, Suriya və Yəmənə aid məhdudiyyətlər qüvvədə qalır. Eyni zamanda, yeni fərmanı ilə Sudandan ABŞ-a gələnlərə tətbiq olunan məhdudiyyətləri ləğv edilir və Çad, Şimali Koreya və Venesueladan ABŞ-a səfər edənlər və immiqrantlar üçün yeni məhdudiyyətlər əlavə olunur. Trampın bazar günü axsam dərc edilmiş fərmanına əsasən Şimali Koreya və Suriya vətəndaşları üçün bütün növ vizaların verilməsi dayandırılıb. Bundan əlavə, İran vətəndaşlarına da viza verilməyəcək. Bu qadağa yalnız ABŞ-a tələbə vizası ilə və ya mübadilə proqramı üçün nəzərdə tutulan viza üzrə gələn İran vətəndaşlarına şamil edilməyəcək. Çad, Liviya və Yəmən vətəndaşlarına bütün immiqrasiya, işgüzar və turist vizalarının verilməsi dayandırılıb. Sənədə əsasən, Venesueladan ABŞ-a biznes məqsədi ilə və ya turist kimi gələn hökumət məmurları üçün vizalar bloklanır. Somali vətəndaşları üçün immiqrant vizalarının verilməsi bloklanır, Amerika vizalarının digər təsnifatları üzrə buraya gələnlərin əlavə yoxlamadan keçməsi nəzərdə tutulur. Çad, Şimali Koreya və Venesuela vətəndaşları barəsində məhdudiyyətlər oktyabrın 18-də qüvvəyə minəcək. Birinci fərmanın qüvvədə olma müddəti sentyabrın 24-də başa çatmasına baxmayaraq, ABŞ Ali Məhkəməsi tərəfindən təsdiq edilmiş viza qadağası beş ölkənin (İran, Liviya, Somali, Suriya və Yəmənin) vətəndaşlarının yaxın qohumları üçün hələ də qüvvədə qalır, yəni bu ölkələrin ABŞ-da yaşayan vətəndaşlarının qohumları oktyabrın 18-dək Amerikaya viza ala bilməyəcəklər. Tramp Administrasiyasının nümayəndələri bildiriblər ki, yeni şərtlər hər bir ölkənin dövlət orqanları tərəfindən həmin ölkədən olan müsafirlərin cinayət keçmişi barədə informasiya mübadiləsi aparılıb-aparılmaması və ya həmin ölkədə vətəndaşların beynəlxalq səfərləri barədə informasiyanın daxil edildiyi elektron pasportlardan istifadə edilib-edilməməsi kimi amillər əsasında uyğunlaşdırılacaq. Ağ Evin mətbuat katibinin müavini Rac Şah keçən həftə bəyan edib ki, sentyabrın 15-də ABŞ Milli Təhlükəsizlik Nazirliyi immiqrasiya tələblərinə müvafiq olmayan ölkələrin siyahısını Ağ Evə təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info