“İran İraqın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcək”
Tarix: 25.09.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Tehran İraqın Kürdüstan muxtariyyəti ilə hava sərhədlərini bağladı
“İran İraqın ərazi bütövlüyünün pozulmasının əleyhinədir və rəsmi Bağdadı hər zaman dəstəkləyəcək”. Bu sözləri İran Prezidenti Həsən Ruhani İraqın Baş naziri Heydər Əl-İbadi ilə keçirdiyi telefon danışığında deyib. Həsən Ruhani bildirib ki, İraqın Kürdüstan muxtar qurumunda müstəqillik haqqında referendumun keçirilməsi İraqın qanunlarına və konstitusiyasına ziddir. Onun sözlərinə görə, İraq Kürdüstanının müstəqilliyi İran, İraq və Türkiyə tərəfindən tanınmayacaq. Beynəlxalq qanunlara zidd olaraq atılan bu addım İraqda yeni gərginlik ocağı yaradacaq. İran Prezidenti Türkiyə ilə mövqelərinin üst-üstə düşdüyünü bildirərək Prezident Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığı barədə İraqın Baş nazirinə məlumat verib. Qeyd edək ki, İranın Milli Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclasda İraqın Kürdüstan muxtar qurumunun müstəqilliklə bağlı keçirdiyi referendum müzakirə olunub. Bu barədə məlumat verən Şuranın rəsmi nümayəndəsi Keyvan Hoşrevi bildirib ki, hələlik rəsmi Tehran İraqın Kürdüstan muxtariyyəti ilə hava sərhədlərini bağlamaq qərarına gəlib. Bundan başqa, muxtariyyətə İran üzərindən uçuşların həyata keçirilməsinə də icazə verilməyəcək. K.Hoşrevi qeyd edib ki, İraqın Kürdüstan muxtariyyətinə rəhbərlik edən şəxslərin müstəqillik haqqındakı fikirləri bölgə xalqını yeni təhlükələrlə üzləşdirə bilər. İran İraqın bölünməsini deyil, onun vahid dövlət kimi qalmasını istəyir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info