“Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər teatra çevrilib“
Tarix: 26.09.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqı və Türkiyə arasında münasibətlər teatr oyununa çevrilib”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Ərdoğan bildirib ki, Türkiyə Avropa İttifaqına üzv olmaq üçün bütün şərtləri yerinə yetirib: “Sıxıntılı günlər artıq geridə qaldı. Önümüzə baxırıq. Bizim demokratiya, insan haqları ilə bağlı bir problemimiz yoxdur. Türkiyə hökumətində islahatlara ehtiyac vardı, aparıldı. Biz bunu kimlərsə istədi deyə etmədik, millətimiz layiq olduğu üçün etdik. İslahatları vətəndaşlarımız üçün apardıq, Avropa İttifaqına qatılmaq üçün deyil...". O qeyd edib ki, digər ölkələrin üzvlük məsələsindən söhbət gedəndə gündəmə gətirilməyən şərtlər Türkiyənin adı hallananda ortaya çıxarılır: "Lakin biz bu şərtləri qəbul etməmişik, etməyəcəyik də. Qoy, qərarı onlar versinlər. Biz qərar verilənə qədər səbrlə gözləyəcəyik”. Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib ki, 2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək: “Hazırda heç bir namizəd buna hazır deyil. Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir”.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info