“Sənaye məhəlləsinin fəaliyyətə başlaması regionun iqtisadi imkanlarını artıracaq”
Tarix: 26.09.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin olunmasında sənaye zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir”. Bunu AZƏRTAC-a müsahibəsində Neftçala rayon ağsaqqalı Zakir Sayılov deyib. Prezidentin iştirakı ilə Neftçala Sənaye Məhəlləsinin açılmasının rayonun həyatında böyük hadisə olduğunu bildirən Z.Sayılov qeyd edib ki, orada bir çox istehsal sahələri yaradılır. Onlardan biri də avtomobil zavodudur. İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Neftçala Sənaye Məhəlləsində Azərbaycanda ilk dəfə olaraq balıq yemi istehsalı zavodu da tikilib. Rayon ağsaqqalı layihənin reallaşmasının balıqçılığın sənaye üsulu ilə inkişafına təkan verəcəyini, geniş istehlak olunan balıq növlərinin istehsalının artmasına səbəb olacağını, daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacağını diqqətə çatdırıb. Zakir Sayılov vurğulayıb ki, sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiyaların qoyulması və istehsalın artması nəticəsində rayonun, eləcə də regionun iqtisadi imkanları artacaq: “Prezident İlham Əliyevin Neftçalaya növbəti səfəri çərçivəsində sənaye məhəlləsinin açılışında iştirak etməsi neftçalalılar tərəfindən böyük sevinclə qarşılandı. Dövlətimizin başçısı paytaxt Bakı ilə yanaşı, regionların da sosial-iqtisadi inkişafının qayğısına qalır, əhalinin məşğulluğunu təmin etmək üçün ardıcıl tədbir həyata keçirir. Bütün bunlar hamı kimi yaşlı nəslin nümayəndələrini də sevindirir. Biz doğma Azərbaycanımızı heç zaman bu qədər güclü və çiçəklənən görməmişdik. Bütün bu nailiyyətlərə görə Prezident İlham Əliyevə minnətdarıq.”




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info