“Qarabağ“ - “Roma“ qarşılaşmasının ən yaxşısı seçiləcək
Tarix: 25.09.2017 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


İtaliya-Azərbaycan Dostluq və İşbirliyi Dərnəyinin mətbuat açıqlamasını təqdim edirik: "UEFA Çempionlar Liqası C qrupunda yer alan "Qarabağ" və "Roma" klubları 2-ci turda sentyabrın 27-də Bakıda qarşılaşacaq.
İtaliya İdman Yazarları İdarə Heyəti (USSI) üzvü Dündar Keşaplının sədri olduğu İtaliya-Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi tərəfindən hər iki komandanın ən yaxşı oyunçusuna ayrı ayrılıqda mükafat veriləcək.
Qarşılaşmanın ən yaxşı oyunçuları Bakı Olimpiya Stadionunun mətbuat tribunasında yer alan İtaliya və Azərbaycan jurnalistləri arasında keçirilən sorğu əsasında müəyyənləşəcək.
Dərnək başqanı Keşaplı həmçinin son illər böyük inkişaf yolu keçən Azərbaycan idmanı haqqında danışıb. O Azərbaycanda idmana verilən önəm və dəyərin günü gündən daha da artdığını qeyd edib: "Göstərilən daha ciddi səylər nəticəsində Azərbaycan idmanının beynəlxalq səviyyədə yeri və rolu daha da artıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanda idmana, o cümlədən futbola xüsusi diqqət və qayğı göstərir, hər cür dəstək verir. Çempionlar Liqasının qrup mərhələsinə düşəndən sonra "Qarabağ"ın ölkə başçısı tərəfindən qəbul edilməsi göstərilən diqqətdir və bu komandanın motivasiyası üçün vacibdir...
Atacağımız bu addımla Azərbaycan və İtaliya arasında qarışılıqlı əlaqələrin idman sahəsində də getdikcə inkişaf etməsi və daha yaxşı səviyyəyə çatmasına ümid edirik. Son illərdə görülən işləri yüksək qiymətləndiririk. Təşkil edəcəyimiz bu idman tədbiri ilə iki ölkə arasındakı əlaqələrin idmanda da güclənməsini istəyirik".

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info