“Regionumuzun gələcək taleyi Bakıda həll olunur”
Tarix: 07.05.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Gürcüstan Prezidenti: “Azərbaycan stabilliyin, iqtisadi gücün və
Xəzər regionunda müstəqil siyasətin uğurlu nümunəsidir”


“Yüz minlərlə Gürcüstan və Azərbaycan vətəndaşı öz evlərinə qayıda bilmirlər. Çünki bu evlər artıq onların deyil, evlər müəyyən siyasi səbəblərə görə onlara məxsus deyil. Nəticədə insanlar geri qayıdıb doğmalarının məzarları olan o torpaqlara ayaq basa bilmirlər. Bütün bunlar böyük qüvvələrin oyunudur”.
Bu fikirləri Gürcüstan Prezidenti Mixail Saakaşvili Cənubi Qafqaz Forumunda çıxışı zamanı deyib. O, Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib: “Azərbaycan stabilliyin, iqtisadi gücün və Xəzər regionunda müstəqil siyasətin uğurlu nümunəsidir. Ümidvaram ki, Cənubi Qafqaz uzunmüddətli perspektivdə vahid regiona çevriləcək, perspektivdə bura Ermənistan da daxil ola bilər. Çünki Ermənistana qonşu dövlətlərlə əlaqələr lazımdır, bu dövlət təcrid olunmuş ölkə ola bilməz. Əminəm ki, Ermənistanı ümumi stabillik zonasına inteqrasiya edə bilərik. Lakin bu siyasi liberallaşmanın bir hissəsi kimi baş verməlidir. Bu təkcə bizim üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq hesabına deyil, həm də siyasi həll vasitəsi hesabına olmalıdır”. Saakaşvili Azərbaycanın xarici siyasət kursunun dəyişmədiyini bildirib: “Dünya bu ölkədə stabilliyin pozulmasına imkan verməməlidir. Müstəqil siyasət kursunun nəyə gətirib çıxardığını bu ölkənin timsalında gördük. Heç kim Gürcüstanda belə proseslərin baş verəcəyini gözləmirdi, amma bu baş verdi. Lakin Azərbaycan - möhkəm əsaslar üzərində dayanan, uğurlar qazanan dövlətdir və ümidvarıq ki, belə də qalacaq. Biz də özümüzə belə tale arzulayırıq, çünki öz səhvlərimizdən dərs çıxarırıq. Şişirtmədən demək olar ki, regionumuzun gələcək taleyi burada, Bakıda, Azərbaycanda həll olunur. Bu təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın, ümumiyyətlə, postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi, hər şey bu regionda, Azərbaycanda həll olunur. Azərbaycanın stabilliyi və inkişafı bütün siyasi proseslərin sakit, dinc məcrada inkişafı göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək”. Saakaşvili bildirib ki, regionda Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan neqativ qüvvələr var: “Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqi prosesinin dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər. Çünki bu proses özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyən qüvvələrin yuxusunu ərşə çəkib. Çünki bugünkü müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan - bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə biz onu qorumalıyıq”. Gürcüstan Prezidenti qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar cəmiyyətə inteqrasiya olunublar: “Biz cəmiyyətimizin bu cür müxtəlifliyindən qürur duyuruq”. O bildirib ki, Azərbaycan diasporu gürcü dilini öyrənir və cəmiyyətə daha çox inteqrasiya olunub: “Etnik azərbaycanlılara, xüsusilə kənd yerlərində yaşayanlara gürcü dilini öyrənməkdə kömək edən xüsusi proqramlarımız var. Onların öz mədəniyyəti və dili var, lakin onlar hamısı Gürcüstan vətəndaşıdır və dövlət dilini bilməlidir”.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?
18.07.2019
Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info