Yaponiya parlamentinin aşağı palatası buraxılacaq
Tarix: 26.09.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe mətbuat konfransında sentyabrın 28-də parlamentin aşağı palatasını buraxacağını rəsmi olaraq bəyan edib. Növbədənkənar seçkilərin gələn ay keçiriləcəyini qeyd edən Baş nazir deyib: “Parlamentin aşağı palatası sentyabrın 28-də - parlamentin növbədənkənar sessiyasının başladığı gün seçkilərin vaxtından əvvəl keçirilməsi üçün buraxılacaq. Biz məktəbəqədər təhsili dəstəkləyəcək yeni iqtisadi islahatlar paketi hazırlamaq niyyətindəyik. Nəticədə cəmiyyətin dəstəyini qazanaraq, yeni xarici siyasətə və beynəlxalq ictimaiyyətlə sıx həmrəyliyə nail olacağıq”. Baş nazir əlavə edib ki, vəzifədə olduğu beş il ərzində hökumət iqtisadiyyatı inkişafa doğru yönəldə bilib və bu siyasi xətt davam etdiriləcək. Ş.Abe qeyd edib ki, yeni dəyişikliklər üçün 2 trilyon yen (17,8 milyard dollar) vəsait ayrılacaq. Parlamentin aşağı palatasının indiki tərkibinin səlahiyyət müddəti 2018-ci ilin dekabrında başa çatacaq. Baş nazir növbədənkənar seçkilər yolu ilə koalisiya tərəfdaşı olan Komey Partiyası ilə birlikdə hakim Liberal Demokratik Partiyanın hər iki palatadakı üstünlüyünü qoruyub saxlamağa çalışır. Parlamentin aşağı palatasına növbədənkənar seçkilərin oktyabrın 22-nə təyin ediləcəyi, seçki kampaniyasına isə oktyabrın 10-da start veriləcəyi gözlənilir. Növbəti qələbə hökumətə hazırkı siyasəti davam etdirməyə imkan yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info