“Qonşu dövlətlərlə sülhə nail olmaq üçün riskə getmək lazımdır”
Tarix: 08.05.2013 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“İsrail dövləti qurulduqdan bəri keçən on illiklər ərzində bir neçə müharibədə, çoxsaylı hərbi əməliyyatlarda iştirak edib. Bu, kifayət qədər mürəkkəb vəziyyətdir. Çünki bir tərəfdən ölkəmizdə xeyli qeyri-yəhudi, nümunəvi vətəndaşımız var, digər tərəfdən bizə düşmən münasibəti bəsləyən dövlətlərlə əhatə olunmuşuq”. Bu fikirləri İsrailin sabiq baş naziri Ehud Barak Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, İsraildə yaşayan müsəlmanlar bu və ya digər dərəcədə Fələstinə bağlıdır: “İsrailin Fələstinlə münaqişəsi var, bu münaqişəni heç cür həll edə bilmirik. Bill Klintonun iştirakı ilə görüşlər keçirildi, təəssüf ki, nəticəyə nail ola bilmədik. Həmçinin son Fələstin hökumətinin rəhbəri Mahmud Abbasla da danışıqlar nəticə vermədi. Bizə qonşu ölkələrlə sülh lazımdır. Mən bu münaqişənin dərhal həll olunacağına dair illüziya yaratmaq istəmirəm, lakin inanıram ki, qonşu dövlətlərlə sülhə nail olmaq üçün riskə getmək lazımdır. Fələstinlilərin ehtiyaclarını bilirik, tədricən irəli getmək lazımdır. Ümidvaram ki, bunu etməyə hər iki tərəfin cəsarəti kifayət edəcək. Region və xalq üçün bunun alternativi yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info